Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycanlı vəhabiləri Suriyaya daşıyan xəttə PKK-nın keçmiş militanı rəhbərlik edir

Azərbaycanlı vəhabiləri Suriyaya daşıyan xəttə PKK-nın keçmiş militanı rəhbərlik edir


27-05-2014, 15:21
Azərbaycanlı vəhabiləri Suriyaya daşıyan xəttə PKK-nın keçmiş militanı rəhbərlik edir
DİA.AZ: - «Azərbaycandan Suriyaya «əsgər» yollayan şəbəkə əslində Türkiyədədir və bu şəbəkənin başçılarından biri uzun müddət Türkiyə ordusuna qarşı terrorçu kürd təşkilatı olan PKK-nın sıralarında savaşıb». Bu şok informasiya DİA.AZ-ın elektron poçtuna daxil olub.

Xəbəri verən qaynaq daha sonra yazır: «Bu adamın adı Həsəndir. Özü Naxçıvanda doğulub və kürd əsillidir. Sonradan Türkiyəyə köçüb. Türkiyədə həm PKK-ya qoşulub və həm də Türkiyədəki vəhabi şəbəkələri ilə biznes əlaqələri olub. Sonradan PKK-dan ayrılaraq vəhabilərin tam ixtiyarına keçib.

Türkiyənin Antalya şəhərində, Dubayda və daha bir neçə yerdə onun böyük mülkləri, biznesləri var. Sərvətinin həcmi 2 milyard dolların üzərindədir.

Azərbaycanlı vəhabiləri Suriyaya daşıyan xəttə PKK-nın keçmiş militanı rəhbərlik edir

Həsənin Səudiyyə Ərəbistanı Krallığı Gənclərə Qayğı Baş Sədrliyinin birinci vitse-prezidenti Şahzadə Əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləzizlə gözəl əlaqələri var. Bu əlaqələr sonda onları Azərbaycanla bağlı bir layihəyə də cəlb edib.

Ona görə də bu gün Azərbaycan rəsmiləri azərbaycanlı vəhabilərin Suriyaya necə göndərilməsini axtararkən əsas izi Azərbaycanda yox, Türkiyədə axtarmalıdırlar. Çünki Azərbaycan övladları Türkiyədəi xəttlə Suriyaya aparılır».

Geri qayıt