Əsas Səhifə > Güney Press, Reklam > Azercell Gəncə və Goranboyda yeni kampaniyaya başlayır: “1 Yüklə - 3 Al” kampaniyası
Azercell Gəncə və Goranboyda yeni kampaniyaya başlayır: “1 Yüklə - 3 Al” kampaniyası29-05-2014, 11:59 |
Azərbaycanın mobil rabitə bazarının lideri Azercell Telekom bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasını davam etdirir. Mütəmmadi olaraq regionlarda yaşayan abunəçilər üçün endirmli kampaniyalar həyata keçirən şirkət 26.05 - 15.12.2014 tarixləri müddətində Gəncə və Goranboyda xüsusi kampaniyaya start verir. Belə ki, göstərilən tarixlərdə yeni və nömrəsini Azercell şəbəkəsinə daşıyan Fakturasız Xətt abunəçiləri üçün Azercell “1 Yüklə - 3 Al” kampaniyası keçiriır. “1 Yuklə - 3 Al” kampaniyasına qoşulmuş abunəçilər yüklədikləri hər hansı danışıq kartı məbləğinin 2 mislini bonus şəklində Azercell-dən hədiyyə alırlar. Bonus məbləği şəbəkədaxili zənglər, ölkədaxili SMS və İnternet üçün 30 gün ərzində istifadə edilə bilər. Qeyd edək ki, “Azercell Telekom” MMC müxtəlif müştəri qrupları üçün davamlı olaraq onların istəyinə uyğun aksiyalar həyata keçirməkdədir. Məlumat üçün bildirək ki, bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində Azercell tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar təklif olunub. Onların arasında ən populyarı isə 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqlar üçün pulsuz, bütün istiqamətlərdə isə 5 qəpik tarifi ilə danışmağa imkan verən “Bolge” tarifidir. Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar və sərfəli tariflər təqdim edəcəkdir. Geri qayıt |