Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 85 yaşlı qadın prezidentdən kömək istədi – “Azəriqaz”dan giley-güzar var

85 yaşlı qadın prezidentdən kömək istədi – “Azəriqaz”dan giley-güzar var


30-05-2014, 14:17
85 yaşlı qadın prezidentdən kömək istədi – “Azəriqaz”dan giley-güzar var
DİA.AZ: - Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Axundov küçəsi 4 saylı evin sakini Nağıyeva Nərgizxanım Ağaqulu qızı prezident İlham Əliyevə və bir neçə dövlət qurumuna şikayət məktubu ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnini diqqətinizə təqdim edirik:

“Yazıb nəzərinizə çatdırıram ki, mən ağbirçək qadınam. Mənim 85 yaşım var. Azərbaycan Respublikasının vətəndaşıyam. Bu ölkədə doğulmuşam, bu ölkədə yaşayıram və bu ölkədə Allahın hökmü ilə nə vaxtsa dünyamı dəyişəcəyəm.

Mənim nəvəm Nağıyeva Nərgiz Allahverdi qızı Konstusiyanın 35-ci maddəsinin əmək hüquqlarından istifadə edərək 2006-cı ildən “Azəriqaz” istehsalat Birliyinin Suraxanı rayon Qaz istismar Sahəsində müxtəlif sahələrdə çalışıb. Konstusiyanın 42-ci maddəsində göstərilən təhsil hüququndan istifadə edərək mühasib-fərdi kompyuter operatoru peşəsini bitirərək 30 iyun 2012-ci il tarixdə A № 024104 seriyalı diplom almışdır.

Bu gün həmin diplomu “Azəriqaz”ın qəbul etməməsi o yana hələ bu azmış kimi nəvəmi “Azəriqaz”da aparılan islahatlarla bağlı struktur dəyişikliyi adı altında işdən azad edirlər. Nəzərinizə çatdırıram ki, nəvəm dövlətdən aldığı maaşla həm mənim, həm də şəkərli diabet xəstəsi olan anasının dərmanlara olan ehtiyacını ödəyə bilmir.

Sürünə-sürünə də olmuş olsa, bir təhər dolanırıq. Amma Təhsil Nazirliyinin tabeçiliyində olan qurum tərəfindən verilən diplomu “Azəriqaz” əhəmiyyətsiz sayır. 85 yaşımda ümüd edirəm ki haqq öz yerini tapacaq mənim və ailəmizin yaşamaq hüququ bərpa olunacaq. Ümüdvar olaraq qabaqcadan Sizə təşəkkür edirəm. Hörmət və ehtiramla: Nağıyeva N.A”

Geri qayıt