Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əli Bayramov Azərbaycan kəndlisindən milyonları necə oğurlayıb?
Əli Bayramov Azərbaycan kəndlisindən milyonları necə oğurlayıb?4-06-2014, 14:51 |
“Aqrolizinq” ASC-nin işçilərinin və məsul şəxslərinin Azərbaycan kəndlilərindən və Azərbaycan dövlətinin inkişafından oğurladıqları vəsait milyard manatlarla ölçülür. Son zamanlar “Aqrolizinq” ASC-də baş verən korrupsiya və yeyinti xəbərləri mətbuatın diqqətindədir. Buna səbəb isə kənd təsərrüfatı naziri Heydər Əsədovun və Hesablama Palatısnının ölkəninin aqrar sektorunun inkişafında önəmli rol oynamalı olan və ayrılan milyardlarla dövlət vəsaitinin müqabilində heç bir inkişafa nail ola bilməyən bu qurumda yoxlamaların aparılmasıdır. Yoxlamaların nəticəsində artıq “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov öz vəzifəsini itirib. Vəzifədən ayrıldıqdan sonra isə Əli Bayramov səhhəti ilə bağlı ölkəni tərk edib. Lakin ölkə mətbuatının yazdığına görə Əli Bayramov milyard manatdan artıq olan mənimsəmə və korrupsiya faktlarına görə məsuliyyətdən qaçmaq üçün ölkəni tərk edib. Qeyd edək ki, “Aqrolizinq” ASC-nin işçilərinin və məsul şəxslərinin Azərbaycan kəndlilərindən və Azərbaycan dövlətinin inkişafından oğurladıqları vəsait milyard manatlarla ölçülür. Xatırladaq ki, “Aqrolizinq” ASC-də korrupsiya və yeyinti hallarının olması ilə bağlı ilk dəfə, ötən il ölkə prezidenti İlham Əliyev bildirmişdi. Dövlət başçısı büdcədən ayrılan subsidiyaların yerlərdə məmurlar tərəfindən saxta sənədləşdirmə əsasında mənimsənildiyini qeyd etmişdi. Bundan sonra bir sra rayonlarda aparılan yoxlamalar zamanı, həmçinin “Aqrolizinq” ASC-nin özündə ciddi mənimsəmə halları aşkarlandı və bir çox “Aqrolizinq” ASC filiallarının rəhbərləri məsuliyyətə cəlb olundu. PİA.AZ-a Saatlıdan daxil olan məlumata görə “Aqrolizinq” ASC Saatlı rayon filialının direktoru Həbibağa Sultanovun başını da qara buldular alıb. Belə ki, PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, filial direktoru Həbibağa Sultov Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və onun müavini, aqrar məsələr üzrə şöbənin müdiri Ağa Əsədovla əlbir olaraq dövlət tərəfindən kənd təsərrüfatının əkinçilik sahəsi üzrə məşğul olan vətəndaşlara verilən güzəştli gübrələrinin böyük bir hissəini qara bazarda satdırıb. Nəticədə yüz minlərlə manat manat vəsait mənimsənilib. Bundan başqa 2000 hektara yaxın əkinə yaralı olmayan torpaqlar əkin sahəsi kimi sənədləşdirilib və nəticədə külli miqdarda vəsait büdcədən mənimsənilib. Məlumatlı şəxs bildirir ki, keçən il Aqrolizinq” ASC Saatlı rayon filialına 1300 ton yaxın azot gübrəsi və digər gübrə və dərman pereparatlar verilib. Lakin Həbibağa Sultanov həmin gübrələrin böyük bir hissəsini vətəndaşlara ucuz qiymətə satılması adı altında sənədləşdirərərək icra hakimiyyətindəki havadarları ilə birlikdə qara bazarlda satdırıb. Nəticədə kənd təsərrüfatının inkşafı və kəndlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətin güzəştli qiymətlərlə kəndlirə verdiyi gübrələrdən ehtiyacı olanlar məhrum olub. Bunun fıaydasını isə bir neçə məmur görüb. Yəni bir neçə məmur bu mazinasiyadan on min manatlarla gəlir əldə ediblər. Məlumatlı şəxs qeyd edir ki, sənədlərə əsasən 2013 cü ildə Saatlı rayonunda 25 min hektara yaxın torpaq sahəsi əkilib. Əkilən sahələrin bir hissəsi isə Həbibağa Sultanov və aqrar məsələlər şöbəsinin müdiri Ağa Əsədovun saxta əkin yerləridir. Belə ki, hər iki məmur icra başçısı Siraqəddin Cabbarovun xeyir-duası ilə bəzi kənd bələdiyyələrinin nəzədindəki torpaqları əkilmiş sahə kimi göstərək həmin sahələrə ayrılan azot və digər preparatları, həmçinin subsidiya pulunu mənimsəyiblər. Məlumata əsasən hazırda Aqrolizinq” ASC Saatlı rayon filialında yoxlamalar aparılır və filialın müdiri Həbibağa Sultanovun məsuliyyətə cəlb olunması istisna olunmur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |