Əsas Səhifə > Güney Press, Şou-biznes > "Bəlkə konsertə əynimə geyim geyinmədim"

"Bəlkə konsertə əynimə geyim geyinmədim"


26-06-2014, 13:23
"Bəlkə konsertə əynimə geyim geyinmədim"
Müğənni Rəqsanə həyat və yaradıcılığı haqqında Hafta.az-a müsahibəsində danışıb:

- Müğənnilərimiz kliplərinə böyük miqdarda pul xərcləməkləri ilə gündəmə gəlirlər. Siz yeni klipiniz üçün nə qədər pulunuzdan vaz keçmisiniz?

- Gündəmə klipə sərf olunan məbləğlə gəlmək istəmirəm. Klipimdə Türkiyədə “Biskolata erkəyi” ləqəbi ilə tanınan model Karlos Martin çəkilib. Əlbəttdə ki, onun qonorarı ödənilib. Eyni zamanda, çəkiliş heyətinə ödənilən pul, bir ton tutumu olan hovuza axıdılan su və quru süd, çəkiliş meydançaları, geyimlərim, hamısı birlikdə şişirdiləcək məbləğ həddinə çatmayıb.

- Klip çəkilişi üçün geyimləri kim hazırlayıb?

- Klipdəki geyimlərimi Türkiyəli modelyer Hakan Akkaya hazırlayıb.

- Klipdə çimərlik geyimindəsiniz. Həyat yoldaşınız narazılıq etmir?

- O, müasir adamdı, uzun illərdir Azərbaycandan kənarda yaşayır. Biz bir-birimizi tanıyıb ailə həyatı qurmuşuq. O, başa düşür ki, sənət işlərimə mane olmaqla məni ruhdan sala bilər. Sərbəst qadınam. Qarşımda məhdudiyyətlər yaratmayıb.

-Yeni klip eyni zamanda Türkiyə auditoriyası üçün nəzərdə tutulub. Bunun sizə nə qədər kömək edəcəyini düşünürsünüz?

- Bilirsiniz, Türkiyədə bizi heç vaxt qəbul etmiyəcəklər. Mən ən tanınmış prodüsserlər və rejissorlarla belə işləmişəm. Onlar bizim ifaçıları istifadə etmək istəyirlər. Türk sənətçilər arasında fərqlənmək çox çətindir. Qaldı ki, klipə bu xoşuma gəlib. İstədiyimi ala bilmişəm

- Bir ara mətbuatda qızınız Aysunu nişanladığınız haqqında məlumatlar yazıldı. Bununla bağlı nə deyə bilərsiniz?

-Qızım nişanlı deyildi. Bir ailəvi dostumuz Aysunu məndən oğluna istədi. Mən razı idim. Amma Aysun istəmədi. Karyerasını düşünür. Mənim iyunun 30-da verəcəyim konsert üçün geyimlərimi Aysun tikir.



-Konsertinizin mövzusu nəyə həsr olunacaq?


-Qərar verdik ki, 30 iyunda “ Yaşıl Teatr”da konsert verək. “Sevgililər Günü”nə həsr olunacaq. Gecəyə girişin pulsuz olmasına qərar vermişik. Bəzi qonaqlarımız da olmalıdır. 300 yerdən başqa qalan yerlərə giriş sərbəst olacaq. Bundan başqa rayonlarda və dekabr ayında isə Heydər Əliyev Sarayında konsert verməyi planlaşdırıram.

- Konsertdə geyimləriniz necə olacaq?

- Qeyd etdiyim kimi konsertə geyimlərimi qızım Aysun hazırlayır. İndidən hər şeyi demək istəmir. Bəlkə açıq geyimdə oldum, bəlkə ümumiyyətlə, geyim geyinmədim. (gülür).



- Qeyd etdiniz ki, “YAR” adlı yeni prodakşn yaratmısınız...


- Bəli. Türkiyəli iş adamı Cenk Kamal İçten və onun xanımı modelyer Minarə ilə birgə “YAR” adlı yeni prodakşn yaratmışıq. Prodakşnın tərkibində, eyni zamanda YAR TV də fəaliyyət göstərəcək.



- “YAR”-ın açması nədir?


-“YAR” kiçik qızım Yağmur, böyük qızım Aysun və öz adımın baş hərfləridi. Artıq bütün layihələrimi bu prodakşn reallaşdıracaq. Bizim heç kimin puluna ehtiyacımız yoxdur. Öz pulumuza nə gəlib ki? Biz bu prodakşnda film çəkilişlərinə də başlayacağıq.

Geri qayıt