Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qobustanda kənd toyundakı davaya görə Xımıllı sakinləri nazirdən kömək istədilər

Qobustanda kənd toyundakı davaya görə Xımıllı sakinləri nazirdən kömək istədilər


27-06-2014, 15:26
Qobustanda kənd toyundakı davaya görə Xımıllı sakinləri nazirdən kömək istədilər
DİA.AZ: - İki gün əvvəl Qobustan rayon Xımıllı kəndində insident yaşanılıb. Bu barədə DİA.AZ-a kənd sakinləri məlumat veriblər və baş vermiş olayın bir zamanlar Xımıllı kəndində kolxoz sədri olmuş Mirzəxan Mirzəyevin qızının toy məclisində yaşandığını söyləyirlər.

Narazı kənd sakinləri bildirirlər ki, qardaşı Xımıllı kəndinin bələdiyyə sədri olan Mirzəxan Mirzəyevin şad günü Xımıllı kənd sakinləri üçün heç də şad hesab olunmayıb.

Belə ki, DİA.AZ-a ünvanladıqları şikayətlərində Daxili İşlər Naziri Ramil Usubova da şikayətçi olduqlarını bildirən kənd sakinlərinin sözlərinə görə, 26 iyun 2014-cü il tarixdə Xımıllı kəndində Mirzəxan Mirzəyevin qızına təşkil etdiyi toy məclisində toy sahibinin qohumları ilə Xımıllı kənd sakinləri arasında mübahisə yaranmış və toya gələn kənd sakinləri Mirzəxan Mirzəyevin qohumları tərəfindən amansızcasına döyülüblər.

Narazı Xımıllı sakinləri bildirirlər ki, hazırda da toyda döyülənlərdən üçünün vəziyyəti ağır olsa da, onların şikayətlərini eşidən yoxdur.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt