Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saatlının icra başçısından 10 milyon manatın hesabatı istəniləcək
Saatlının icra başçısından 10 milyon manatın hesabatı istəniləcək30-06-2014, 15:33 |
DİA.AZ: - Saatlının icra başçısı Siraqəddin Cabbarov rayona ayrılan vəsaitləri çəkiləndən bir neçə ay sonra dağılan yollarda və saxta sənədlərdə «yuyur». Saatlı rayonundan DİA.AZ-a verilən məlumata görə icra başçısı Siraqəddin Cabbarov rayonun sosial inkşafı üçün ayrılan vəsaitləri sağa-sola xərcləməklə məşğuldur. Daha doğrusu icra başçısı özünü yaxın olan şirkətlərlə anlaşaraq rayona ayrılan pulları sadəcə «yumaqla» məşğul olur. Görülən işlərin keyfiyyətindən isə danışmaq belə yersizdir. İcra başçısı sadəcə dövlətin sosial inkişaf üçün ayırdığı pulları cibinə qoymaq üçün çalışır. Görülən işlərin bir ildən sonra yenidən görülməsi isə qaçınılmaz olacaq. Son iki ildə Saatlı rayonunun sosial inkişafı üçün üst-üstə 10 milyon manatdan çox vəsait ayrılıb. İcra başçısı bu vəsaitləri rayon mərkəzinin abadlaşdırılması və kənd yollarının təmir-tikintisi adı altında xərcləyib. Daha doğrusu sənədlərdə. dia-az.life-a daxil olan məlumatda bildirilir ki, Siraqəddin Cabbarovun abadlıq işlərində iştirak etmək üçün keçirilən tenderlər girən şirkətlərlə şəxsən özünün danışıq aparır. Bu danışıqlarda ən önəmli məsələ tenderi götürəcək şirkətin gördüyü işin müqabilində icra başçısına veriləcək “faiz”dir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Siraqəddin Cabbaorvun bu kimi fəaliyyətləri nəhayətdə dövlətin müvafiq qurumlarının da diqqətini cəlb edib. Xəbəri verən məlumatlı mənbə dia-az.life-a bildirib ki, artıq Maliyyə Nazirliyinin və Hesablama Palatasının ekspertləri Saatlı rayon icra hakimiyyətinin 2012-13-cü illər üşün büdcədən ayrıllan vəsaitlərin xərclənməsini təftiş qərarı verib: “Yaxın günlərdə böyük bir heyət Siraqəddin müəllimi “işindən ayırmalı” olacaq”... Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |