Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ramazan təqvimi fərqliliyi Hacı Şahini çap etdirdiyi cədvəldən imtinaya vadar edib
Ramazan təqvimi fərqliliyi Hacı Şahini çap etdirdiyi cədvəldən imtinaya vadar edib4-07-2014, 12:34 |
DİA.AZ: - Ramazan ayı ilə bağlı Azərbaycanın vahid təqviminin olmaması deyəsən problemlərə səbəb olub. Bu barədə DİA.AZ-ın elektron poçtuna “kamal murad” imzası ilə yollanan məlumatdan da belə ablaşılır. Redaksiyamıza göndərilən həmin məlumatı dia-az.life oxucularının diqqətinə təqdim edirik: “Məşədi Dadaş Məscidində Hacı Şahinə qarşı qiyam başlayıb. Məscidin icması Hacı Şahini axundluqdan qovmaq üçün düyməyə basıb. Dünən məsciddə iftardan sonra icma toplanıb və Hacı Şahinin Ramazan cədvəli barədə açıqlamasını müzakirə edib. Hacı Şahin açıqlama vermişdi ki, Məşədi Dadaş məscidi adından Ramazan cədvəli yayırlar. Hacı Şahin bu açıqlamanı QMİ-nin başqa Ramazan cədvələrini təxribat adlandırmasından sonra vermişdi. Amma məsciddə hamı bilir ki, Məşədi Dadaş məscdinin Ramazan cədvəli QMİ-nin cədvəli ilə eyni deyil. Məşədi Dadaş Məscdinin cədvəli Hacı Şahinin və məscidinin icmasının razılığı ilə Səməd Cəfərov adlı biznesmen tərəfindən 100..000 nüsxə çap edilmiş və yayılmışdır. Hacı Şahinin QMİ-ni razı salmaq üçün axundu olduğu məscidin ramazan cədvəlini inkar etməsi və öz məscdinin yaydığı ramazan cədvəlini təxribat adlandırması məscid icmasının qəzəbinə səbəb olub. İcma üzvləri deyib ki, daha bu qədər də olmaz: “Orucumuzu və ya ibadətimizi QMİ-yə görə tənzimləməyəcək ki...Əvvəl belə deyildi”. Qarşı tərəfi də dinləməyə hazırıq.... Geri qayıt |