Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Baş prokurorluq Elşad Abdullayevə qarşı yeni ittihamlar irəli sürdü
Baş prokurorluq Elşad Abdullayevə qarşı yeni ittihamlar irəli sürdü8-07-2014, 15:32 |
DİA.AZ: - Bir nemə gün əvvəl DİA.AZ olaraq məlumat vermişdik ki, fəaliyyəti dayandırlmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevə qarşı yeni ittihamlar irəli sürüləcək. Artıq bu məlumatımız öz təsdiqini tapıb. Belə ki, bu barədə baş prokurorluq bu dəqiqələrdə rəsmi məlumatla çıxış edib. Məlumatın DİA.AZ-a göndərilən mətnində deyilir: "Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq fakültələrinə qanunsuz köçürülmə, ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaq zamanı Mahmud Əfəndiyevin Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz yataqlarının istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları və təhsil almaları barədə bilə-bilə yalan məlumatlar daxil etməklə rəsmi sənədlər tərtib edib Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40 min 500 manat məbləğində külli miqdarda rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılmışdır". Geri qayıt |