Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell" məhdud imkanlı uşaqlara kompüter avadanlıqları hədiyyə edib

"Bakcell" məhdud imkanlı uşaqlara kompüter avadanlıqları hədiyyə edib


8-07-2014, 16:09
"Bakcell" məhdud imkanlı uşaqlara kompüter avadanlıqları hədiyyə edib
"İnkişaf Naminə idman" İB "Bakcell" şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramının dəstəyi ilə Azərbaycana ilk dəfə olaraq əlilliyi olan insanlar üçün kompüter avadanlığı gətirərək uşaq inkişaf mərkəzlərinə və inkluziv ümumtəhsil müəssisələrinə bağışlayıb.
"Bakcell" və "İnkişaf Naminə idman" İB tərəfinfən həyata keçirilən "Bərabər imkanlar və inklyuziyaya aparan yol" adlı layihə müxtəlif dərəcəli əlilliyi olan uşaqların kompüter sahəsində bilik və bacarıqlarının artırılmasını, əlilliyi olan uşaqların valideynləri arasında bilik, bacarıq və təcrübə mübadiləsinin təşkilini və Azərbaycanda fəaliyyət göstərən uşaq inkişaf mərkəzlərinə və inklüziv ümumtəhsil müəssisələrinə əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış yardımçı kompüter avadanlığının təqdim olunmasını əhatə edir.
Yardımçı texnologiyalar dedikdə əlilliyi olan insanın kompüterdən istifadəsini asanlaşdıran istənilən avadanlıq nəzərdə tutulur. Qeyd olunmalıdır ki, əlilliyi olan insanlar onların ehtiyaclarına uyğunlaşdırılmamış kompüterlərdən istifadə etməkdə əksər vaxtı çətinlik çəkirlər. Bu insanların kompüterdən səmərəli istifadəsini təmin etmək üçün uyğunlaşdırılmış monitor, klaviatura və s. avadanlığın olması vacibdir.
Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan insanlar üçün alternativ monitor, klaviatura və mouse "Bakcell" şirkəti tərəfindən İngiltərədə bu istiqamətdə ixtisaslanmış "Inclusive Technology Ltd"dən alınaraq Bakıya gətirilib. "Bakcell" şirkətinin nümayəndəsi Kəmalə Vəlixanova və "İnkişaf Naminə İdman" İB-nin nümayəndələrinin iştirakı ilə avadanlıq uşaq inkişaf mərkəzlərinin və inkluziv ümumtəhsil müəssisələrinin istifadəsinə verilir.
"İnkişaf Naminə İdman" İctimai Birliyi London 2012 Olimpiya və Paralimpiya Oyunlarının beynəlxalq irsi olan "Beynəlxalq İdman Həyəcanı" proqarmının davamçısı kimi yaradılıb. Təşkilat 29 noyabr 2011-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçib (Qeydiyyat N:1111-Q38-3002).

Geri qayıt