Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hacı İbrahimə qarşı 20-yə yaxın sahibkar məhkəmə iddiası qaldırır
Hacı İbrahimə qarşı 20-yə yaxın sahibkar məhkəmə iddiası qaldırır14-07-2014, 15:27 |
DİA.AZ: - Adı müxtəlif qalmaqallarda hallandırılan «Avesta» konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmliyə qarşı 20-yə yaxın sahibkar qəzəb püskürür. Bu barədə DİA.AZ-a sahibkarların nümayəndəsi məlumat verib. Xatırladaq ki, Hacı İbrahim Nehrəmli Qazax rayonundan olan iş adamı Elşad Məmmədovun yarım milyon manata yaxın pulunu mənimsəməkdə və müxtəlif fırıldaq əməllərində ittiham olunsa da, bu məsələyə dövlətin nüfuzlu qurumları qarışsa da, Xəzərdə ada tikən İbrahimovlara «hələ gözün üstündə qaşın var»deyən olmayıb. Elə buna görədir ki, Hacı İbrahim hələ də narazılıq yaratmaqdadır. DİA.AZ-a danışan mənbə bildirir ki, haqqı tapdanan 20-yə yaxın sahibkar Hacı İbrahimi məhkəmə verməyə hazırlaşır. Hələlik onların hansı iddiada, konkret hansı maddə ilə Hacı İbrahimi ittiham etdikləri barədə əlavə bilgilər almadıq. Amma təxmin olunur ki, tanınmış iş adamı onlarla sahibkarın pulunu mənimsəməkdə suçlu bilinir. Geri qayıt |