Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hakimiyyət daxilində 2-ci "Qara Kəmər" əməliyyatı gözlənir

Hakimiyyət daxilində 2-ci "Qara Kəmər" əməliyyatı gözlənir


15-07-2014, 15:15
Hakimiyyət daxilində 2-ci "Qara Kəmər" əməliyyatı gözlənir
DİA.AZ: - Yaxın günlərdə məmurlardan biri ilə bağlı həbs qərarı verilə bilər. Bilgili qaynaq iddia edir ki, hazırda buna tədarük gedir. Hadisənin DİA.AZ-a məlum olan təfərrüatı belədir:

«Bu günlərdə dövlət idarələrinin birində aparılan yoxlamalar nəticəsində çox böyük bir maliyyə maxinasiyasının üstü açılıb. Ortada əcnəbi şirkətlərdən birinin də iştirakı var. Və bu işdə bir neçə dövlət qurumuna aid xeyli sayda məmurun adı da keçir. Amma əsas iştirakçı və təşkilatçı kifayət qədər ciddi vəzifə tutan şəxsdir».

Mənbəmiz bildirir ki, iri bank əməliyatı nəticəsində Azərbaycanın dövlət büdcəsinə təxminən 14 milyon ABŞ dolları həcmində ziyan vurulub: «Pulun böyük hissəsi həmin məmur tərəfindən mənimsənilib. Yerdə qalan məbləğ isə bir neçə şəxs arasında paylaşdırılıb. Hələlik bu məlumatlar gizlədilir. Çünki xüsusi əməliyyat hazırlanır və prosesin bütün iştirakçılarının hər birinin müəyyənləşdirilməsi hələ bitməyib».

Mənbə iddia edir ki, bəlkə də bu iqtidarın tarixinə düşəcək «2-ci qara kəmər əməliyyatı» kimi təəssürat yaradacaq bu həbs dalğası yaxın vaxtlara təsadüf edə bilər: «Hələlik bütün versiyalar üzərində işlənilir. Yəni seçkiqabağı dönəm olduğundan əlahiddə ictimai həssaslıq nəzərə alınır. Baş verəcəklərin ümumiqtidar maraqlarına hansı formada təsir edəcəyi də öyrənilir. Ona görə də əməliyyatın vaxtı barədə dəqiq bilgi mövcud deyil».

Geri qayıt