Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hacı İbrahimin aldatdığı iş adamı Prezident Administrasiyası qarşısında gecələyəcək
Hacı İbrahimin aldatdığı iş adamı Prezident Administrasiyası qarşısında gecələyəcək17-07-2014, 16:19 |
DİA.AZ: - Azərbaycanda həyata keçirilən ən bahalı layihə olan “Xəzər adaları”nın (Khazar İslands) açılışı avqustun 3-də olacaq. Bu layihəni reallaşdıran “Avesta” Konsernin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli bildirib ki, dəniz kompleks artıq istifadəyə veriləcək. “Avesta” Konserninə məxsus “Həsən-96” MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alan iş adamı Elşad Məmmədov avqustun 3-də Prezident Administrasiyası önündə aksiya keçirəcək. DİA.AZ-a açıqlamasında iş adamı bildirdi ki, artıq onun qalmağa yeri yoxdur: “Hacı İbrahim mənim pulumu vermir. Əlimdə bütün sənədlər var – maliyyə arayışı, ödənilən pulların qəbzi. Məsələylə məhkəməyə müraciət etmişəm. Hakimlər Hacı İbrahimin sifarişiylə hərəkət edərək iddiamı təmin etmədilər. Bundan başqa bütün aidiyyəti qurumlara müraciət etmişəm, bunun da heç bir faydası olmadı. Baş prokuror Zakir Qaralova rayona gəlib vətəndaşlarla görüşəndə qəbulunda oldum, problemimi dilə gətirdim, dedilər ki, maraqlanacağıq. Nədənsə hamı Hacı İbrahim Nehrəmlidən çəkinir. Bütün pulumu o iki evə verdim, o da əlimdən çıxdı. İndi qalmağa yerim yoxdur. Ona görə də avqustun 3-də Prezident Administrasiyasının önünə gedib övladlarımla binanın qarşısında gecələyəcəm”. Geri qayıt |