Əsas Səhifə > Güney Press, Şou-biznes > "Səhər adlı türk qızı var idi, bir-birimizi sevirdik"

"Səhər adlı türk qızı var idi, bir-birimizi sevirdik"


21-07-2014, 13:03
"Səhər adlı türk qızı var idi, bir-birimizi sevirdik"
Daima qalmaqalları ilə medianın gündəmində olan müğənni Nadir Qafarzadə şəxsi həyatı barədə maraqlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, ötən günlərdə həyat yoldaşı üçün konsert verən ifaçı bu dəfə gizli sevgisindən danışıb. Açıqlama verən Nadir ilk dəfə 7-ci sinifdə Bolqarıstanda olduğu zaman sevdiyini vurğulayıb:

"Səhər adlı türk qızı var idi, bir-birimizi sevirdik. Görüşürdük ikimizdə oturub bir-birimizə baxırdıq, qız çox utanırdı axırda oturub ağlayırdı. Bilirdim məni sevir, amma utanırdı deməyə. İlk öpüş də 7-ci sinifdə olub"-deyən Nadir ailə həyatı qurduqdan sonra həyat yoldaşına xəyanət etmədiyini bildirib.

"Ailə qurandan 3 gün sonra yoldaşım dedi and içək ki, bir birimizi aldatmayacağıq. İkimiz də əlimizi Qurana basıb and içdik. Nə yalan deyim, amma xəyanət etməyi nəfsim çəkib”.

Geri qayıt