Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Göyçayın icra başçısı böyük maliyyə yeyintisində ittiham olunur

Göyçayın icra başçısı böyük maliyyə yeyintisində ittiham olunur


21-07-2014, 16:10
Göyçayın icra başçısı böyük maliyyə yeyintisində ittiham olunur
DİA.AZ: - Neçə müddətdir ki, maliyyə nazirliyi, hesablama palatası və dövlətin digər müvafiq qurumlarının ekspertləri tərəfindən rayon icra hakimiyyətlərinin ilin yekunları ilə bağlı verdikləri maliyyə hesabatlarının ciddi şəkildə təftiş olunması xəbərini vermişik. Bildirək ki, artıq bir neçə rayonun hesabat-yekun sənədlərində ciddi qanun pozuntuları, korrupsiya faktları aşkarlanıb ki, sözügedən istiqamətdə tədbirlərin görüləcəyi heç şübhəsizdir.

Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, əslində icra hakimiyyətlərinin hesabatlarının təftişi ilə bağlı yekun nəticələrin ilk əvvəl dövlət başçısına təqdim olunması nəzərdə tutulub: «Bu isə faktiki olaraq cəza tədbirlərinin görüləcəyi anlamına gəlir. Çünki əks halda vəziyyəti dövlət başçısı həddinə qədər inkişaf etdirməzdilər».

Məlumatlı mənbələrdən əldə etdiyimiz informasiyaya görə, bu gün təftişə uğrayan rayonlar arasında Göyçay da var: «Bu rayonun icra başçısı Mənsur Məmmədovu bəziləri toxunulmaz hesab edir. Hətta məlum səbəbdən Mənsur Məmmədovu mətbuatda da «kəsdiyi başa görə hesab verməyən başçı» kimi tanıyırlar. Amma məsələ heç də elə deyil və kimliyindən asılı olmayaraq, nöqsanı tapılanlar mütləq cəzalanacaq. Çünki proses birbaşa olaraq prezidentin nəzarəti altındadır».

Məlumatlı mənbənin bildirdiyinə görə, Mənsur Məmmədovun rəhbərliyi altında buna qədər də böyük maliyyə maxinasiyalarının həyata keçirilməsi «yuxarılar» tərəfindən müşahidə olunmuşdu: «Amma sonradan bu işlər ört-basdır edildi. Bu dəfə isə vəziyyət tamam fərqlidir».

Mənbə iddia edir ki, Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun, başçının müafini Ədalət Dövlətovun və sözügedən icra hakimiyyətinin sektor müdiri Mübariz Rəhimovun, həmçinin Göyçay maliyyə şöbəsinin rəhbərinin imzaladığı konkret sənədlə təxminən 3 milyon manata yaxın vəsaitin aqibəti şübhələrə qərq olub: «Təbii ki, müvafiq araşdırmalar nəticəsində həmin vəsaitin aqibətinə aydınlıq gətirilib ki, bu da ortaya ciddi korrupsiya faktlarını çıxarıb».

Mənbə bildirir ki, əldə olunan dəlillər artıq məlum instansiyalara təqdim olunub.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt