Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mübariz Qurbanlıya yeni vəzifəsində ilk şikayətçi düşən Hacı İbrahimdən gileyləndi
Mübariz Qurbanlıya yeni vəzifəsində ilk şikayətçi düşən Hacı İbrahimdən gileyləndi22-07-2014, 16:48 |
DİA.AZ: - Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri postuna təyinatın möhürü qurumamış ilk müraciət edən tapılıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatdan anlaşılır ki, qazaxlı iş adamı Elşad Məmmədov özünün facebook səhifəsində yeni təyin olunmuş Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya müraciət ünvanlayıb. Məlumat üçün bildirək ki, Qazaxlı iş adamı Elşad Məmmədov İki mənzil üçün , Hacı İbrahim Nehrəmliyə məxsus"AVESTA" Konserninə daxil olan "HƏSƏN-96" MTK-ya ödədiyi 355 min manatı ala bilmir. Müraciəti olduğu kimi təqdim edirik. Hörmətli Mübariz müəllim! Sizə müraciətim ondan ibarətdir ki, adını hacı, ilin iş adamı qoyan və mənim kimi adamları aldadan Nehrəmli İbrahim barəsində tədbir görəsiniz. Hacı adını alasınız onun əlindən. Axı hacı yetim haqqı yeməz, yalan danışmaz, kimisə şərləməz. Bu adam yalancıdır başdan ayaqa şərdir. Bu bir fakdır.Cünki məni dəfələrlə şərləyib guya mən ona iş görməliyəm, güya qacmışam Gürcüstana məni bondotdel tutub gətirib Gürcüstandan günahımı boynuma almışam, gəh deyir ki, işcilərimin səhlənkarlığından istifadə edib onu aldatmışam, gah deyir sənəd verməmişəm kagız vermişəm güya sənədir, gah dedi ki, jurnalistdir indi Cəmil Həsənlinin yanındadır (şantaj etdi olmuşam bunun bu məsələyə hec bir adiyyatı yoxdur) gah dedi ki, guya faizə pul vermişəm, bu qədər haqsızlıq və şər bir adama hacı adı yaraşmır. O, qədər adları var ki, milyarder, ilin iş adamı, qardaşı nazir, Türkiyyədə ilin iş adamı, doktor, ada tikən, nehrəmli və.s. Sizdən xahiş edirəm yetim haqqı yeyən adamı hacı adından məhrum edəsiniz. Mənim haqqımın bərpasında mənə, ailəmə və 3 körpə övladıma yardımçı olasınız.Axı biz müsəlman ölkəsində yaşayırıq. Mən şəxşən bu məsələləri 2014 il avqust ayının 3 də saat 12.00 da Prezident Administrasiyasının qarşısında aksiya kecirərək yenidən gündəmə gətirəcəm. Aksiyanı 3 körpə övladım, qacqın və şəhid ailələrindən ibarət qohumlarımla birlikdə keçirəcəm. Facebook səhifəsində , iş adamı bildirir ki, artıq onun qalmağa yeri yoxdur: “Hacı İbrahim mənim pulumu vermir. Əlimdə bütün sənədlər var – maliyyə arayışı, ödənilən pulların qəbzi. Məsələylə məhkəməyə müraciət etmişəm. Hakimlər Hacı İbrahimin sifarişiylə hərəkət edərək iddiamı təmin etmədilər. Bundan başqa bütün aidiyyəti qurumlara müraciət etmişəm, bunun da heç bir faydası olmadı. Bütün pulumu o iki evə verdim, o da əlimdən çıxdı. İndi qalmağa yerim yoxdur. Ona görə də avqustun 3-də Prezident Administrasiyasının önünə gedib övladlarımla binanın qarşısında gecələyəcəm”. AXI MƏNİM ƏLİMDƏ QANUNİ SƏNƏDLƏRİM VAR...DƏRƏBƏYLİK ZAMƏNƏSİ DEYİL AXI...ŞAH QANUN DEYİL , QANUN ŞAHDIR... Mənim həyatım təhlükə qarşısındadır. Birdaha DİN naziri Ramil Usubova müraciət edirəm mənim və ailəmin , 3 övladımın təhlükəsizliyinə zamanət versinlər.Çünki məni dəfələrlə Nehrəmli İbrahimin mühafizəcisi acıq nörədən 070 260 04 07 ölümlə və “bandotdel”lə tutdurmaqla hədələyib. Mənim evimdən ya maşınımdan silah və narkotik cıxsa ən pis halda ölsəm bunu milyarder İbrahimdən bilin”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |