Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Həsənovun dostu olan biznesmen-deputat yeni sahəyə baş vurub

Eldar Həsənovun dostu olan biznesmen-deputat yeni sahəyə baş vurub


24-07-2014, 15:12
Eldar Həsənovun dostu olan biznesmen-deputat yeni sahəyə baş vurub
DİA.AZ: - Parlamentdə təmsil olunan deputatların əksəriyyətinin biznesmen olması heç kimə sirr deyil. Onların bu fəaliyyəti qanunlarla yasaq olunsa da, buna məhəl qoyan yoxdur. Hər kəs öz işində, öz alverindədir.

DİA.AZ-a daxil olan məlumata görə, biznesmen deputatlardan sayılan Kürdəmir rayonundan Milli Məclisə seçilən Fərhad Qəribov daha bir biznesə əl qoyub. İlk əvvəl qeyd edək ki, Fərhad Qəribov deputatlar arasında ən böyük biznesə sahib olanlardandır. Onun, paytaxtda fəaliyyət göstərən «Çıraq Plaza» oteli, restoranlar şəbəkəsi, ticarət obyektləri və mebel sexləri var. Fərhad Qəribov deputat olmazdan öncə «Azəri-Holdinq» maliyyə-sənaye qrupunun prezidenti kimi çalışıb. Bu ərəfədə onun nəzarətində bir çox biznes strukturları – «Debütbank», sığorta şirkəti daha fəal işləyib. Amma sonradan «Debütbank» müflis oldu, digər biznes şəbəkələrinin bir qismi olun əlindən çıxdı. Deputat hətta 18 miyon manat kredit götürməyə məcbur oldu ki, biznesini bərpa etsin.

Redaksiyamıza daxil olan daha bir məlumatda qeyd olunur ki, son günlər Fərhad Qəribov yeni biznes sahəsinə əl qoyub. O, gömrükdəki dostlarının əli ilə ölkəyə yeni model mobil telefonlarını gətirir. Bu telefonların satışı üşün o, «Neftçilər», Xalqlar« dostluğu və «28 May» metrostansiyalarının yaxınlığında telefon dukanları da açıb. Məlumata görə, bu biznesdən deputat külli miqdarda pul qazanır.

Pnu da bildirək ki, Fərhad Qəribov keçmiş baş prokuror, hazırda səfir kimi fəaliyyət göstərən Eldar Həsənovla dostluq münasibətlərindədir, demək olar ki, onun çətiri altındadır. Buradan da belə bir nəticə hasil olur ki, əgər deputata əlavə biznes haqqı tanınıbsa, deməli, bir nemə ay əvvəl hakimiyyətin üst düzəyinin hədəfində olan Eldar Həsənov də “kəfəni yırtmağa” müvəffəq olub.


Geri qayıt