Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qarabağ əlili prezidentə utanaraq müraciət etdi

Qarabağ əlili prezidentə utanaraq müraciət etdi


4-08-2014, 17:32
Qarabağ əlili prezidentə utanaraq müraciət etdi
DİA.AZ: - 1-ci Qarabağ müharibəsi əlili Həsənov Şəmsi Xanoclan oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. DİA.AZ-a daxil olan müraciətində bu gün də Qarabağ uğrunda savaşa hazır olduğunu bildirən Qarabağ əlili hazırda ehtiyac içində yaşadığını diqqətə çatdırır:

«Salam, hörmətli cənab prezident. Mən çox təəssüf edirəm ki, belə bir zamanda - Qarabağda - cəbhə xəttində durumun gərginləşdiyi bir vaxtda Sizi narahat edirəm..

Çünki narahatçılığa səbəb var. Belə ki, mənim vəziyyətimə baxan gənclərimizin böyük əksəriyyəti sarsıntı keçirirlər. Qarabağ müharibəsi əlilinə göstərilən diqqətsizlik səbəbindən əksər gənclərimizdə bir ruh düşkünlüyü yaranmaya bilməz. Şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət göstərilməlidir ki, kimsə canını bu vətən və millət uğrunda əsirgəməsin…

Cənab prezident. Sizin adınıza dəfələrlə müraciət ünvanlamışam, amma reaksiya olmayıb. Əminəm ki, müraciətlərim Sizə çatdırılmır. Çünki əks təqdirdə Siz problemimin həlli ilə bağlı tapşırıq verərdiniz. Bu səbəbdən bu dəfə mətbuat vasitəsilə Sizə müraciət etmək qərarına gəldim.

Möhtərəm prezident. Mən Salyan rayonu Qaraçala kəndinin Çadırlı kəndində yaşayıram. Qarabağ əliliyəm. 1993-cü il döyüşlərində sağ ayığımı itirmişəm. Hazırda da ayaqlarımdakı ağrılardan əziyət çəkirəm. Sol ayağımdan indii də güllə qəlpələri çıxır. Müalicəyə ehtiyacım var. Lakin imkansızlıqdan bunu edə bilmirəm. Bilmirəm, xəstə ayığımın qeydinə qalım, yoxsa şəraitsizliyimin…

Hazırda 3 ailə ilə 2 otaqlı mənzilə sığınmışıq. Bu 2 otaqlı mənzildə də şərait yoxdur, hər yağış yağanda evimiz damır.

Siz şəhid ailələrinin və Qarabağ əlillərinin yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün göstərişlər verirsiniz, sərəncamlar imzalayırsınız. Lakin yerlərdə bu sərəncamlara əməl olunmur. Uzun müddət ev növbəsində olmağıma baxmayaaq nəinki ev verilmir, hətta həyətyanı torpaq sahəmdə belə yaşayış şəraitimin yaxşılaşdırılması üçün hansısa tədbir görülmür. Dəfələrlə müxtəlif dövlət instansiyalarına müraciət etsəm də, rədd cavabı almışam.

Sizdən xahiş edirəm ki, mənə problemimin həllində kömək edəsiniz».



Geri qayıt