Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycanın baş nazirinin sabiq müavini həbs oluna bilər
Azərbaycanın baş nazirinin sabiq müavini həbs oluna bilər5-08-2014, 15:23 |
Dünən baş nazirin keçmiş müavini Abbas Abbasov Moskvada 65 yaşını qeyd edib. Sabiq məmur doğum gününü qeyd etmək üçün Rusiyanın bir sıra oliqarxları, habelə digər şəxsləri ilə bir araya gəlib. Qeyd edək ki, Abbas Abbasov 1949-cu ilin 4 avqustunda Gəncə şəhərində doğulub. Və sovet hakimiyyəti illərində Gəncənin bir sıra mühüm vəzifələrində çalışıb. 1991-ci ildə ölkə prezidentinin müşaviri, 1992-ci ildən 2006-cı ilə qədər isə baş nazirin müavini vəzifəsində çalışıb. 2006-cı ildə baş nazirin müavini postundan kənarlaşdırılan Abbas Abbasov elə həmin il ölkəmizi tərk edərək Rusiyaya üz tutub. Göründüyü kimi, bir vaxtlar baş nazirin sabiq müavininə kifayət qədər yüksək vəzifələr etibar edilib və ona etimad göstərilib. Lakin əldə etdiyimiz məlumatlarda onunla bağlı bir sıra qaranlıq məsələlər ortaya çıxıb. Belə ki, redaksiyamıza verilən xəbərlərə görə, baş nazirin sabiq müavini elə həmin il Rusiyanın bir sıra oliqarx məmurları, habelə Azərbaycana mənfi münasibəti ilə seçilən siyasətçilərlə bir araya gəlib. Sabiq məmurun bu səbəbdən yaxın günlərdə həbs ediləcəyi barədə xəbərlər əldə etmişik. Redaksiyamıza verilən məlumata görə, Abbas Abbasov bu yaxınlarda Rusiyada həbs olunacaq. Ona qarşı bir sıra ittihamların irəli sürüləcəyi gözlənilir. Belə ki, sabiq məmurlarla bağlı faktlar hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Abbas Abbasovun adı həm də prezident seçkilərindən öncəsi anti-Azərbaycan mövqeyi ilə seçilən, ölkəmizin müstəqilliyini təhdid edən "Milyarderlər İttifaqı" adlı qurumun Rusiya planında yer alırdı. Rəsmi Moskva bu siyasi fiqurdan ölkəmiz üçün istifadə etməyə çalışırdı. \\ gundelik-baki \\ Geri qayıt |