Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azad Rəhimov Azərbaycan dövlətinin büdcə pullarını necə həzm-rabedən keçirir
Azad Rəhimov Azərbaycan dövlətinin büdcə pullarını necə həzm-rabedən keçirir7-08-2014, 14:39 |
Dövlət büdcəsindən ən çox vəsait alan bir nazirlik kimi Gənclər və İdman nazirliyi sözün əsl mənasında bir "korrupsiya cənnətidir" Nazirlikdəki mənbənin verdiyi məlumata görə, Azad Rəhimovun yol verdiyi yeyintilər və dövlət büdcəsindən hər il nazirliyə ayrılan milyonlarla manat artıq hüquq-müdafiə orqanlarının diqqət mərkəzindədir. İdman federasiyalarına ayrılan külli miqdarda vəsaitlər, yeni idman-sağlamlıq komplekslərinin tikintisi dövlətə yüz milyonlarla manata başa gəlir. Mənbə nazirlikdə kök salmış korrupsioner özəyin fəaliyyəti haqqında da məlumat verib. Nazir Azad Rəhimovun şəxsən öz yaxın adamlarından formalaşdırdığı, bir çoxunun ümumiyyətlə adının işçi kimi qeydiyyatda olmadığı qrup vəsaitlərin idarə olunması ilə məşğuldur. Komandaların xaricdəki yarışlara getməsini maliyyələşdirmək üçün idman federasiyalarına ayrılan vəsaitlər Azad Rəhumovun cinayətkar qrupunun konkret üzvləri tərəfindən idarə olunur. Yarışa gedən komanadanın tərkibinə əlavə, idmanla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, Azad Rəhimovun yaxın ətrafından şəxslər salınır, onlar ya dövlət hesabına gedib xaricdə gəzib gəlirlər və yaxud bu adamların adına ayrılmış pullar qrupun üzvləri tərəfindən mənimsənilir. İdman komplekslərinin tikintisi, təmiri, saxlanması üçün xərclənən vəsaitlər dəfələrlə şişirdilərək hər il bu yolla yüz milyonlarla manat mənimsənilir. Mənbə bildirir ki, son illər dövlət büdcəsindən daha çox vəsaitin ayrıldığı Gənclər və İdman Nazirliyinin başçısı artıq sərmayəsini xaricə daşımaqla məşğulur. Azad Rəhimovun son illər ərzində Türkiyə və Kiprə gerçəkləşdirdiyi səfərlər zamanı onun adı çəkilən ölkələrə külli miqdarda kapital apardığı, İstanbul başda olmaqla Tükiyənin bir neçə turistik kurort şəhrində hotel və istirahət mərkəzləri aldığı deyilir. Nazirlikdəki mənbə həmçinin Azad Rəhimovun Türkiyədə böyük inşaat biznesinə girişdiyini, yeni yaşayış binaları və ticarət mərkzlərinin tikintisi üçün Antalya, Bodrum, İstanbul və Lefkoşa bələdiyyələrindən lisenziya aldığını qeyd edir. Məlumatda artıq xaricə sərmayə çıxaran bir nazir kimi orqanların "qara siyahısına" düşdüyü deyilən Azad Rəhimovun başı üzərində "qara buludlar" qatılaşmağa başlayır. Hazırda nazirin xaricdəki kapitalının yönəldildiyi sahələr, şirkətlər və banklar araşdırılır. Bundan başqa Azad Rəhimovun Kiprdə məşhur biznesmen Telman İsmayılovla şərik yeni hotel tikdirildiyi də gələn məlumatlar arasındadır. (marka.az) Geri qayıt |