Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nəsiminin icra başçısının yaxın qohumu da Suriyada döyüşür

Nəsiminin icra başçısının yaxın qohumu da Suriyada döyüşür


7-08-2014, 15:42
Nəsiminin icra başçısının yaxın qohumu da Suriyada döyüşür
DİA.AZ: - Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev barəsində redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, bu günlərdə icra başçısının Balakən rayonunda yaşayan yaxın qohumlarından biri Azərbaycanın dövlət sərhəd xidmətinin keçirdiyi reyd zamanı yaxalanıb.

Mənbə iddia edir ki, Rusiyadan Azərbaycana keçərkən yaxalanan Məhəməliyev Əbdüləziz adlı şəxsin üzərindən narkotiklə yanaşı, həmçinin qadağan olunmuş dini ədəbiyyat, habelə «Kalaşnikov» avtomatı üçün 400-ə yaxın güllə də çıxıb.

Mənbə dia-az.life-a açıqlamasında bildirir ki, Nəsimi rayon icra hakimiyyəti başçısının yaxın qohumu olan bu şəxs sonradan müəmmalı şəkildə sərbəst buraxılıb: «Aparılan axtarış tədbirləri zamanı qeyd olunan əşyalar onun maşınından tapılıb. Bu fakt da rəsmiləşdirilib, aktlaşdırılıb. Amma icra başçısı ilə qohumluğu səbəbindən Ə.Məhəməliyev sərbəst buraxılıb».

Hər halda, icra başçısının bu işdə əlinin olduğu faktdır. Məlumatlı mənbə iddia edir ki, ümumiyyətlə Nəsimi rayon İH başçısının daha bir neçə qohumu vəhabi təriqətinin üzvüdür.hətta onlardan birinin hazırda Suriyada döyüşdüyü da iddia olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt