Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hakimiyyət daxilindəki mənbədən şok açıqlama - «Təkcə Qarabağ işğaldan azad edilməyəcək»

Hakimiyyət daxilindəki mənbədən şok açıqlama - «Təkcə Qarabağ işğaldan azad edilməyəcək»


8-08-2014, 14:43
Hakimiyyət daxilindəki mənbədən şok açıqlama - «Təkcə Qarabağ işğaldan azad edilməyəcək»
DİA.AZ: - «Olduqca həssas dönəmdəyik.hər an hər şey dəyişə bilər. Dünən cənab prezident də özünün sosial şəbəkədəki açıqlamasında könüllü olaraq Qarabağda savaşmaq istəyənlərə bir sözü dedi: «Hələlik buna ehtiyac yoxdur». Yəni hələlik… Yəni hər an hər şey dəyişə bilər. Prezident əslində bununla həm də müharibənin anonsunu verdi. Çünki həqiqətən də payızda böyük hərbi əməliyyatlara start veriləcək». Bu şok ifadələri DİA.AZ-a söyləyən iqtidardakı mötəbər mənbə maraqlı məlumatları da redaksiyamıza çatdırıb.

Mənbə dia-az.life-a açıqlamasında bildirir ki, Azərbaycan özünün Qarabağ torpaqlarını işğaldan azad edə bilməsi üçün yalnız və yalnız Qərbin təpgisi ilə üz-üzədir: «Moskva Azərbaycandan istədiyini alıb və alacaq. Biz müstəqilliyimizi satmamışıq. Bunu iddia edənlər əslində Qərbin əlindəki taxta kuklalardır. İplə idarə olunurlar. Sadəcə olaraq, özü dünyanın əsas güc mərkəzi olmaması səbəbindən Azərbaycan böyük güclərlə müəyyən məsafəni adlamaq zorundadır. Bu gün bizə Qarabağın işğal olunması daha vacib məsələ olduğundan daha çox iqtisadi maraqlar prizmasından hər şeyə yanaşan Qərblə təmaslarımız da sərinləşib.

Digər tərəfdən, Qərb Azərbaycana heç bir halda və heç bir zaman Qarabağda savaş haqqı tanımayacaq. Xristian Qərbdən fərqli olaraq xristian Rusiya Azərbaycana belə bir haqqı tanıyıb. Ümumiyyətlə, müsəlmanın evi SSRİ dağılanda yıxıldı. Qərbin eskpertləri hesablamışdı ki, əgər SSRİ 2050-ci ilə qədər qalardısa, o zaman SSRİ müsəlman ölkəsi olacaqdı.

Bundan əlavə özünün xarici siyasətində də SSRİ Yaxın Şərqdə islam ölkələri ilə nəinki xoş münasibətə malik idi, hətta onları himayə də edirdi.

Və bu gün açıq şəkildə deyə bilərik ki, Rusiya xarici siyasətinə din prizmasından yanaşmır. Amma maləsəf bir çox iqtisadi, siyasi layihələrdə ortaq kimi gördüyümüz Qərb sırf olaraq din müstəvisindən hər sahəyə yanaşdığından, Qərbin müsəlman Azərbaycana xristian Ermənistanı əzməsi üçün fürsət tanımayacağı aydındır. Və bizim yeganə hədəfimiz Qarabağ münaqişəsinin açarını həqiqətən də cibində gəzdirən Rusiya ilə dil tapmaq idi ki, artıq belə bir anlaşma əldə olunub».

Mənbəmiz dia-az.life-a açıqlamasında onu da bildirib ki, sentyabr ayında genişmiqyaslı hərbi əməliyyatlar zamanı təkcə Qarabağ azad olunmayacaq: «Daha da irəliyə baxa bilərik… Məsələn, nəzərə almalıyıq ki, Naxçıvan Azərbaycanın digər bölgələrilə quru sərhədə malik deyil»…

Geri qayıt