Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycanın şok müharibə tədarükü: Ordunun rəhbərliyinə peşəkar döyüşçülər gətirilir

Azərbaycanın şok müharibə tədarükü: Ordunun rəhbərliyinə peşəkar döyüşçülər gətirilir


11-08-2014, 15:45
Azərbaycanın şok müharibə tədarükü: Ordunun rəhbərliyinə peşəkar döyüşçülər gətirilir
DİA.AZ: - Daxili qoşunlarda, habelə müdafiə nazirliyi sistemində ciddi kadr islahatları gözlənilir. Bu barədə DİA.AZ-a məlumatı hquq-mühafizə orqanlarındakı mötəbər mənbə verib.

Xəbəri dia-az.life-a verən qaynaq iddia edir ki, hərbi əməliyyatlara tədarük səbəbindən Azərbaycan ordusunun və Daxili Qoşunların rəhbərliyinə döyüş təcrübəsi olan şəxslərin gətirilməsi tapşırığı verilib.

Mənbənin söylədikləri: «Birbaşa olaraq «yuxarıdan» gələn əmrə uyğun olaraq cəbhə xəttində yerləşən bütün qoşun növlərinin rəhbərliyinə döyüş təcrübəsi olan peşəkarların gətirilməsinə hazırlıq gedir. Eynizamanda cəbhə xəttindəki rayonların icra başçılarının da yeni təlimata uyğun olaraq ekstremal şəraitdə işləyə biləcək şəxslərlə əvəzlənməsi nəzərdə tutulub».

Bunun aşkar surətdə müharibə tədarükü olduğunu bildirən mənbəmiz əlavə edib ki, Ağdam və Füzuli rayonlarını çıxmaq şərtilə bütün cəbhə xətti üzrə rayonların icra başçılarının yenisi ilə əvəzlənəcəi planlaşdırılır.

Geri qayıt