Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ramiz Mehdiyev özünü yandıran veterana görə Eldar Əzizovu sərt formada danlayıb
Ramiz Mehdiyev özünü yandıran veterana görə Eldar Əzizovu sərt formada danlayıb14-08-2014, 15:02 |
DİA.AZ: - Prezident Administrasiyasının qarşısında həyat yoldaşı, müharibə veteranı Elçin Salahovla birlikdə özünü yandıran Jalə Salahovanın vəziyyəti ağırdır. Bildirək ki, bu haqda mətbuata Elçin Salahovun bacısı Yeganə Mahmudova xəbər verib. Onun sözlərinə görə, qardaşının vəziyyəti yaxşılığa doğru irəliləsə də, Jalə Salahova hələ də reanimasiyadadır: "Qardaşımda ağrılar olsa da həkim zəmanət verir ki, sağalacaq. Jalənin yanına heç kimi buraxmırlar. Həkim deyir, vəziyyəti ağırdır və sağalma ehtimalı da azdır" Y. Mahmudova bildirir ki, avqustun 13-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları xəstəxanaya gələrək, qardaşına baş çəkiblər: "Bir az maddi yardım ediblər. Deyiblər ki, narahat olmasın, hər şey düzələcək. Bu gün də zəng vurub deyiblər ki, qardaşımın özünü yandırmasına səbəb olan problemi həll ediblər. Bütün baş verənlərdən sonra nəyə lazımdır bunlar? Gəlinimiz sağalmayacaqsa, nəyimizə lazımdır? Gərək kimsə özünə qəsd edə, sonra haqq öz yerini tapa?” Müharibə veteranı Elçin Salahov həyat yoldaşı Jalə Salahova ilə birlikdə avqustun 13-də Prezident Administrasiyasının qarşısında özünü yandırıb. Cütlüyün yaşadıqları evdən çıxarılmaları ilə bağlı məhkəmə qərarına etiraz olaraq bu addımı atdığı bildirilir. Qeyd edək ki, bu olayla bağlı DİA.AZ-a maraqlı bir informasiya daxil olub.hökumətdəki mötəbər mənbə iddia edir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı baş verən olayla əlaqədar Prezident Administrasiyasının rəhbərliyi tərəfindən danlanılıb və ona çox sərt ifadələrlə xəbərdarlıq edilib. Mənbə bildirir ki, hətta vəziyyət o qədər ciddidir ki, Eldar Əzizovun vəzifəsindən alınması belə gündəmə gəlib. Mənbənin dia-az.life-a söylədikləri: «Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, intihara nədən olan insidentin yaranmasında əsas günahkarlardan biri elə icra hakimiyyətinin özüdür. Çünki dəfələrlə müharibə veteranı yaranmış insidentlə əlaqədar Sumqayıt icra hakimiyyətinə müraciət edərək, kömək istəyib. Amma Eldar Əzizov belə olaydan xəbərdar olsa da, layqeydlik nümayiş etdirib. Məhz bu səbəbdən PA rəhbərliyi Eldar Əzizovu danlayıb». Geri qayıt |