Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AMEA-ya seçkilərlə bağlı yeni ilginc iddia səsləndi – Seçilənlərin 5-nin ikili vətəndaşlığı var
AMEA-ya seçkilərlə bağlı yeni ilginc iddia səsləndi – Seçilənlərin 5-nin ikili vətəndaşlığı var26-08-2014, 11:39 |
DİA.AZ: - Milli Elmlər Akademiyasındakı son semkilərdən narazı qalan Fizika üzrə müxbir üzvlüyə namizəd Elman Şahverdiyev prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəti təqdim edirik: “Cənab Prezident! AMEA-ya “seçkilər” adəti kimi PA-dan gələn təyinat siyahısı üzrə keçirildi. Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı ən konservativ verilənlər bazasında- SCOPUS-da ən yüksəkdir, -549 sitat(öz-özunə istinadlarsız),- AMEA-dan kənarda qaldım. Fizika üzrə 7 müxbir üzv, 3 həqiqi üzv təyin edilib. Müxbir üzvlüyə təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır.Burada bir nəfərin 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar sayılmayıb (elmə Hirş indeksini daxil edən alimin təklifinə əsasən). Həqiqi üzv təyin edilmış 3 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından 1,7 dəfə azdır. AMEA üzrə təyin edilmişlərdən ən azı beş nəfərin ikili vətəndaşlığına dair ciddi şübhələr var. Qoy AMEA izah etsin ki, təyin edilmiş Nazim Məmmədovun dörd səsi necə 28 oldu (31 səsdən); o biri təyin edilmişlərin bir rəqəmli səsi necə baryeri aşdı! Bu cür ədalətsiz təyinatları həyata keçirənlər Sizi fakt qarşısında qoyaraq inanırlar ki, Siz onların qərarını qəbul edib bu qeyri-obyektivliyə göz yumacaqsıniz. Xahiş edirəm ki, seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz. Cənab Pezident, mən Sizə bu xahişlə 01 iyuldan hər gün müraciət edirəm, hələ cavab almamışam”. Qarşı tərəfi də dinləməyə hazırıq... DİA.AZ olaraq Elman Şahverdiyevin tərcümeyi halını diqqətinizə təqdim edirik: Elman Məhəmməd oğlu Şahverdiyev 1958-ci ildə Cəbrayıl rayonunda anadan olub. Moskva Mühəndis-Fizika İnstitutunu bitirib. Moskvada Ümumi Fizika İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur.Bu istiqamət dünya elmı üçün də nisbətən yenidir (20 il). Elmi biliklərə təsirinə görə xaosun kəşfini kvant nəzəriyyəsinin yaranması ilə müqayisə edirlər. Elman Şahverdiyev Azərbaycanda müxtəlif elm sahələrinin qovşağında (multidisciplinar) yerləşən bu sahənin yaradıcısıdir və beynəlxalq səviyyədə qəbul olunan aparıcı mütəxəssisdir. Science Citation indeks jurnallarında 60-dan yuxarı məqalə dərc etdirib. Demək olar ki, bütün məqalələri ingilis dilli jurnallarda dərc olunub. Aldığı fundamental nəticələr proqnozlaşdırmada, informasiya mübadiləsi zamanı məxfiliyin artırılmasında, kompakt və daha sürətli kompyuterlərin yaradılmasında, sistemlərlin fəaliyyətinin optimallaşdırılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan məsələlərində və sair istifadə oluna bilər. Elmi fəaliyyəti elmimizin dünya elminə inteqrasiyası istiqamətində davam edir. İndiyə qədər on dörd beynəlxalq qrant alıb (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən.).30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir. İşləri haqqında Beynəlxalq mediada 25-ə yaxın populyar məqalələr dərc olunmuşdur. Nüfuzlu “London Press Service” 4 Dekabr, 2001 ci ildə Elman Şahverdiyevin də həmmüəllifi olduğu məqaləyə aid yazısında bu məqalədə alınan nəticəni Minilliyin ən mühüm experimentlərindən biri kimi xarakterizə etmışdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərir. Amerikada dərc olunan -Dynamical and Control Systems (IASR) Jurnalının Editorlarından biridir. Məqalələrinə olan sitatların sayı 1000-dən yuxarıdır(scholar.google.com). Ən çox sitatları olan ilk iki məqaləsinin hərəsinə 200 -ə yaxın sitat verilib. Hirş indeksi isə 15-dir. Bu göstəricilər Azərbaycan alimləri arasında bütün elm sahələri üzrə ən yaxşılarındandır. 4 Oktyabr, 2012-ci ildə Thomson Reuters Korporasiyası Azərbaycan fizikləri arasında Elman Şahverdiyevi “Fizikada Mükəmməlliyə” diplomu ilə təltif etmişdir. Bu barədə məlumat nüfuzlu Wall Street Jurnalda da dərc olunmuşdur (11 Oktyabr, 2012). Əlaqə tel:(mob) 050-631-55-97 e-mail:[email protected] Geri qayıt |