Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağsuya rəhbərlik edən nazir qohumu ən çox narazılıq yaradan icra başçısıdır

Ağsuya rəhbərlik edən nazir qohumu ən çox narazılıq yaradan icra başçısıdır


29-08-2014, 14:26
 Ağsuya rəhbərlik edən nazir qohumu ən çox narazılıq yaradan icra başçısıdır
DİA.AZ: - Hər il olduğu kimi, bu il də rayonlardan gələn şikayətlərin sayının müəyyənləşdirilməsi istiqamətində Prezident Admnistrasiyasında araşdırma aparılıb. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, bir neçə rayonun icra başçısının adı artıq admnistrasiyasının «qara siyahı»sına düşüb. Belə ki, onlardan biri də Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir.

Məlumatda vurğulanır ki, bu ilin ilk 6 ayı müddətində Seyidəliyevdən edilən şikayətlərin sayı rekord qırıb. Hətta şikayətlər o qədər çox olub ki, icra başçısı bu məsələdə birincilik uğrunda mübarizə aparan əsas fiqurlardan hesab edilir. Mənbə deyir ki, bu vəziyyəti görən admnistrasiya rəsmiləri narahatçılıqlarını başçının da diqqətinə çatdırıblar.

Mənbə iddia edir ki, rayonda dözülməz vəziyyət yaratması və əhalinin narazılığına əhəmiyyət verməməsi səbəbindən Ənvər Seyidəliyevin yaxın günlərdə işdən çıxarılacağı gözlənilir.

DİA.AZ xatırladır ki, Ənvər Seyidəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun yaxın qohumudur...

Geri qayıt