Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 3-cü dünya müharibəsi başlayacaqmı? - Rusiya ilə Ukraynanın arasında münasibətlər yetərincə gərilib

3-cü dünya müharibəsi başlayacaqmı? - Rusiya ilə Ukraynanın arasında münasibətlər yetərincə gərilib


29-08-2014, 17:27
3-cü dünya müharibəsi başlayacaqmı? - Rusiya ilə Ukraynanın arasında münasibətlər yetərincə gərilib
DİA.AZ: - Artıq havada 3-cü dünya müharibəsinin qoxusu var, desək, yanılmarıq. Hər halda, bu gün həm Yaxın Şərq regionunda baş verənlər və həm də Ukrayna-Rusiya cəbhəsindəki gərginlik belə deməyə əsas yaradır.

Artıq Rusiya qoşunları qeyri-rəsmi də olsa, Ukrayna ərazisindədir. Bunu tərəflərin heç biri inkar etmir. Açıq şəkildə ayrı-ayrı Rusiya rəsmiləri də qoşunlarının Ukraynada olduğunu etiraf edirlər. Hətta Ukraynada əsir düşən rus əsgərlərinin taleyi belə bu gün Rusiya və Ukrayna prezidentlərinin danışıq predmeti olub. Yəni əsirlərin təhvil verilməsindən söhbət gedirsə, deməli, əsir düşməyə əsgərlər də var.

Nə baş verir? Savaş başlayacaqmı? Dünya gücləri 3-cü dəfə üz-üzə gələcəkmi?

Hələlik Rusiyanın hərəkətləri 3-cü dünya müharibəsi üçün nə qədər təhrikedici görünsə də, rəsmi Moskvanın həm də ehtiyat etdiyi də göz önündədir.

DİA.AZ bildirir ki, amma bu halda belə, 3-cü dünya müharibəsi üçün hələlik yetərli zəmin mövcud deyil. Burada başlıca məqam bir tərəfdən Rusiyanın böyük hərbi əməliyyatlardan çəkinməsidirsə də, digər tərəfdən Rusiyaya qarşı əks səngərdə yer alacaq Qərbin özünün də belə böyük savaş üçün yetərli potensiala malik olmaması ciddi səbəb kimi çıxış etməkdədir.

Bu gün Almaniya və Fransanın, Rusiya-Ukrayna məsələsində əsas tərəfə çevrilməsi əslində ABŞ-ın planlarına uyan bir haldır. Amerika yenə də Rusiyaya qarşı gərəkən anda həlledici 3-cü cəbhəni açmaqla proseslərə nöqtəni vurmaq xəttini tutub. Necə ki, 2-ci dünya müharibəsi zamanı ABŞ Hitler Almaniyasına qarşı savaşa sonda qoşularaq az itki ilə böyük müharibədən əldə olunan BÖYÜK QƏLƏBƏYƏ şəriklik etdi, eləcə də gözlənilən 3-cü dünya savaşında da eyni dəst-xətt yürüdülməkdədir.

Bəs 3-cü dünya müharibəsi, ümumiyyətlə, olacaqmı? Qəti şəkildə fikir bildirmək çətin görünsə də, Rusiyanın ən azından Krım naminə hər şeyə hazır olduğu göz önündədir. Həm də Rusiyanın ənənəvi hesablanmayan siyasət tərzinə sədaqət nümayiş etdirməsi də belə deməyə əsas yaradır ki, 3-cü dünya müharibəsi təhlükəsi qapıdadır və hər an bu gün davam edən kiçik müharibənin miqyası genişlənə bilər.

Geri qayıt