Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycana Qarabağı tam işğaldan azad edə bilməsi 3 aylıq müddət yetərlidir

Azərbaycana Qarabağı tam işğaldan azad edə bilməsi 3 aylıq müddət yetərlidir


1-09-2014, 14:18
Azərbaycana Qarabağı tam işğaldan azad edə bilməsi 3 aylıq müddət yetərlidir
DİA.AZ: - «Qarabağdakı 3 günlük müharibə ovqatının 3 aylıq yekun davamı olacaq» Bu şok açıqlama DİA.AZ-a hökumətdəki mötəbər mənbədən ötürülüb.

Xəbəri verən qaynaq bildirir ki, bu gün kifayət qədər ciddi hərbi potensiala malik olan Azərbaycan dövləti üçün ani bir fürsət yetərlidir ki, həlleidici sülhü bərqərar etsin. Mənbənin dia-az.life-a söylədikləri:

«Təbii ki, beynəlxalq aləm və Rusiya faktoru Qarabağ probleminin həllində əsas əyləc rolunu oynamaqdadır. Amma Azərbaycan tərəfi artıq bu prosesə müdaxilə edən bütün qütblərə qəti mövqeyini çatdırıb.

Bunu həm prezident İlham Əliyevin çıxışlarından və həm də ayrı-ayrı rəsmi Bakı nümayəndələrinin mövqelərindən də sezmək mümkündür. Azərbaycanın hazırki situasiyaya hövsələsi qalmayıb. Ortadakı bütün barışıq çabaları isə yalnız və yalnız Qarabağda erməni işğalının ömrünün uzadılmasına xidmət etdiyindən rəsmi Bakı keçən ilin sonlarından fərqli dəst-xətt yürütməyəbaşlayıb».

Mənbə iddia edir ki, Azərbaycan üçün 3 aylıq hərbi əməliyyatlar müddəti yetərlidir: «Doğrudur, kənar müdaxilə olmazsa, bu müddət daha da qısa ola bilər. Amma hadisələrə real yanaşmaq lazımdır. Məhz 3 aylıq müddət Azərbaycana Qarabağı işğaldan azad edə bilməsi üçün tam yetərlidir».

Bu yöndə ciddi işlərin getdiyini bildirən mənbəmiz onu da əlavə edib ki, rəsmi Bakı özünün Qarabağ siyasətində yerli dəstəyə tam olaraq güvəndiyindən proseslərə kənar güclərin hansısa absurd ideyalar fonunda müdaxiləsi belə sıfır səviyyəsinə qədər zərərsizləşdirilib.


Geri qayıt