Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Maliyyə idarəsinin müdiri Saatlıdakı bütün müəssisə rəhbərlərindən haqq alır

Maliyyə idarəsinin müdiri Saatlıdakı bütün müəssisə rəhbərlərindən haqq alır


2-09-2014, 14:24
Maliyyə idarəsinin müdiri Saatlıdakı bütün müəssisə rəhbərlərindən haqq alır
DİA.AZ: - Əyalətlərdə yerli məmurların həyata keçirdikləri əməllər əhali üçün nə qədər çətinlik yaratsa da, bir o qədər də dözümsüzlük üçün əsaslar verməkdədir. Bununla bağlı insanların etdiyi şikayətlərə isə nə məhəl qoyan var, nə də əhəmiyyət verən. Elə Saatlıda olduğu kimi. Redaksiyamıza daxil olan məlumata görə, Saatlı rayon Maliyyə İdarəsinin müdiri Namiq Bağırov vəzifəyə təyin olunandan yeni qaydalar tətbiq etməyə başlayıb.

Rayon sakinlərinin DİA.AZ-a verdiyi informasiyaya görə, Namiq Bağırov ilk olaraq bütün idarə və müəssisə rəhbərlərini başına yığaraq, onlara konkret iki tapşırıq verib. Məlumatda deyilir ki, birinci tapşırıq ondan ibarətdir ki, Saatlıda heç bir dövlət müəssisəsi və ya qurumu onun icazəsi olmadan işə adam götürə bilməz. Hətta bununla bağlı rayon rəhbərliyinin şəxsi göstərişi olsa belə. Lakin idarə rəhbəri bu qərarını niyə verdiyinin səbəbini açıqlamayıb. Sadəcə bircə kəlmə deyib ki, bu onun istəyidir. İkinci tapşırığı isə Saatlı rayonunda bundan sonra verilən əmək haqqıların hamısına şərikdir.

Mənbənin dia-az.life-a bildirdiyinə görə, artıq qaydalar da belədir ki, hər bir idarə və müəssisə rəhbəri əmək haqlarının 50 faizini ona verməlidir. İlk belə təcrübəni isə rayonun Sanitar-Gigeyena və Epidemologiya İdarəsində həyata keçirib. Belə ki, Namiq Bağırov idarə işçilərinin əmək haqlarının yarısını kəsərək, özünə götürüb. Bununla bağlı bizə verilən başqa bir məlumatda deyilir ki, Namiq Bağırov rəhbərlik etdiyi idarənin binasına da kimsəni buraxmaq niyyətində deyil. Qeyd olunur ki, idarənin binası önündə polis postu qurduran maliyyə idarəsinin müdiri onlara qəti tapşırıq verib ki, heç bir vətəndaşı içəri buraxmasın.

Hətta rayondakı görüşlərdən birində onu da iddia edib ki, sözügedən polisləri orada saxlamaq üçün ayda 5000 manat pul xərcləyir.

dia-az.life-d daxil olan məlumatlarda o da qeyd olunur ki, Namiq Bağırovun idarədə ən etibarlı adamı və pul yığanı Nəsir Ağayev adlı müavinidir. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt