Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Cavad mafiyası” dövlətin imkanlarını öz maraqlarına necə istifadə edir?

“Cavad mafiyası” dövlətin imkanlarını öz maraqlarına necə istifadə edir?


3-09-2014, 14:47
“Cavad mafiyası” dövlətin imkanlarını öz maraqlarına necə istifadə edir?
DİA.AZ: - Bir neçə gün öncə də məlumat verərək bildirmişdik ki, Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətində sədr Əhməd Əhmədzadəyə qarşı ciddi bir qruplaşma hərəkətə keçib. Ə.Əhmədzadənin müavini Zakir Quliyev yaxın ətrafı ilə faktiki olaraq onlarla rayonda hökmranlığı ələ keçirib.

DİA.AZ-a daxil olan məlumata əsasən Zakir Quliyev son zamanlar mətbuatda gedən informasiyaların qarşısını almaq üçün sədrindən dəfələrlə göstərişlər alsa da, buna məhəl qoymur. Məlumata əsasən Zakir Quliyev bu yaxınlarda bibisi oğlu olan Mərkəzi Aran üzrə regional rəhbər, Elman Nuriyev ilə birlikdə Rusiyanın Kislovodsk vilayətində dincəlirmiş.

DİA,AZ-a bilgi verən mənbə deyir ki, Zakir Quliyevin ən yaxın adamı olan Elman Nuriyev dövlət idarəsi üçün istirahətlə yanaşı Rusiyadan texnikaların alınması sövdələşməsini də həyata keçirib. Mənbə bildirir ki, Rusiyadan birbaşa olaraq Zakir Quliyevin iştirakı ilə alınan «Kamaz» «Qredel» markalı texnikaların ölkəyə gətirilməsi üzrə sənədləşmələrdə qiymətlər şişirdilir. Texnikalar xüsusi olaraq Mərkəzi Aran bölgəsində istifadə üçün, xüsusilə də Kür-Araz ovalığında Elman Nuriyevin qohumlarının istifadəsinə verilir. Eyni zamanda onlar da dövlət büdcəsi hesabına alınmış və təyinatı üzrə istifadədən yayındırılır. Məlumat verən mənbə iddia edir ki, Zakir Quliyev dövlətin pulu ilə alınmış «Kamaz»lardan özünün Beyləqandakı fermalarında istifadə edir. Həmçinin də yük maşınları İmişlidən, Bəhrəmtəpə kəndindən Bakıya çınqıl daşıyırlar.

Bununla belə Zakir Quliyev Meliorasiya və Su Təsərrüfatı ASC üçün alınanq texnikaların ehtiyat hissələrinin satışını da Elman Nuriyevə həvalə edib. E.Nuriyev də ardaşı Saleh Nuriyevin dükanları vasitəsilə həmin ehtiyat hissələrini açıq satışa çıxarır. Xatırladaq ki, bu faktlarla bağlı ötən il Hesablama Palatasının da rəyi olmuşdu.

Geri qayıt