Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kimlər Allahşükür Paşazadəyə vəhabi müavini sırımaq fikrinə düşüb?

Kimlər Allahşükür Paşazadəyə vəhabi müavini sırımaq fikrinə düşüb?


10-09-2014, 14:32
Kimlər Allahşükür Paşazadəyə vəhabi müavini sırımaq fikrinə düşüb?
DİA.AZ: - Redaksiyamıza “Dini Komitədə nələr baş verir?” başlığıilə bir məqalə göndərilib. DİA.AZ oxucularına maraqlı olacağını zənn edib həmin məqlaəni olduğu kimi diqqətinizə təqdim edirik:

“Dini Komitəyə Mübariz Qurbanlı gələndən sonra bəzi dəyişikliklər olub. Belə ki, illərllə komitədən qeydiyyatdan keçməyə çalışan vəhhabilər xüsusən də radikal xəvariclər aktivləşib. Komitənin əməkdaşlarından birinin verdiyi məlumata görə, radikallığı ilə seçilən Üzeyir adlı vəhhabi icma yaratmaq üçün komitəyə sənədləri verib. Bu əsasən komitədə boşluq yəni sədrsiz vaxtda plan hazırlanıb. Çünki komitəyə təyin olunan Siyavuş Heydərov adlı müavinin vəhhabiləri guya “verbovat” eləmək məqsədilə QMİ-yə vəhhabi sədr müavini təyin etmək istəməsindən sonra vəhhabilər üçün fürsət yaranıb.

Mübariz Qurbanlı gələndən sonra Siyavuş Heydərov onu inandırıb ki, bəs bu doğru addımdır və Komitədən vəhhabi icması qeydiyyatdan keçsə, onları daha tez ələ almaq olar. Amma komitə əməkdaşı iddia edir ki, burda əsas məqsəd vəhhabilərin QMİ-də təşəkkül tapması və Komitədə yer almasıdır. Komitə əməkdaşı deyir ki, bundan xəbər tutan Səyyad Aran buna mane olmağa çalışıb. Hətta Mübariz Qurbanlının otağında Səyyad Aranla Siyavuş Heydərov arasında mübahisə düşüb. Mübariz Qurbanlı tərəfləri sakitləşdirsə də, Siyavuş Heydərovun tərəfini tutub. Bundan əsəbləşən Səyyad Aran qapını çırparaq çıxıb. Bu barədə isə onun otağına gələn (hazırda komitdən çıxıb) Afaq adlı xanıma deyib.

Komitə əməkdaşı deyir ki, məzuniyətdən sonra əməliyyat olunan və hazırda işə çıxmayan Səyyad Aranın işdən çıxarılması və onun yerinə Siyavuş Heydərovun keçməsi planlaşdırılır.

Komitədə digər maraqlı hal isə Mübariz Qurbanlının şəxsi iradəsinin olmaması və Siyavuş Heydərovun diqtəsi ilə hərəkət etməsidir. Komitə əməkdaşı deyir ki, sədr demək olar ki, bütün işlərini onunla məsləhətləşir. Səyyad Aran isə buna etiraz edəndə Mübariz Qurbanlı deyir ki, o ““KQB-şnikdi”, daha yaxşı bilir”.

Komitə əməkdaşı hazırda komitədə vəziyyətin acınacaqlı olduğunu bir xaosun hokm sürdüyünü deyir. Komitə sədrsiz qalan dövrdə Siyavuş Heydərov özünü sədr kimi aparırmış. Hətta deyirmiş ki, sədr mən olacam. Yəni görünən odur ki, Mübariz Qurbanlı sədr kimi görünsə də, faktiki olaraq komitəni Heydərov idarə edir”.

İddia olunanlarla bağlı bütün maralı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt