Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şeyxlə bağlı daha bir şok iddia ortaya atıldı – Ruhani idarənin rəhbəri kimləri hədəfə alıb
Şeyxlə bağlı daha bir şok iddia ortaya atıldı – Ruhani idarənin rəhbəri kimləri hədəfə alıb18-09-2014, 13:06 |
DİA.AZ: - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allah Şükür Paşazadə ilə komitə sədri Mübariz Qurbanlı və PA rəsmisi Kamal Abdulla arasında çəkişmənin olduğu iddia edilir. Daha dəqiqi, DİA.AZ-a daxil olan materialda vurğulanır ki, Şeyx adları çəkilən məmurlara qarşı kampaniyaya başlayıb. Buna səbəbsə yas məclislərinə qoyulan məhdudiyyət qadağasında Mübariz Qurbanlı ilə Kamal Abdullanın əsas lokomotiv kimi çıxış etmələri göstərilir. DİA.AZ-a daxil olan məlumatı təqdim edirik: “Allah Şükür Paşazadə məscidlərdə və dindarlar arasında Mübariz Qurbanlıya qarşı mənfi fikir formalaşdırmağa başlamışdır. Tanınmış məscidin axundudan əldə edilən dəqiq məlumatlar var. Digər tərəfdən DQİDK çox yaxın qaynağdan əldə edilən məlumata görə, Mübariz Qurbanlının tapşırığı ilə Paşazadə və qardaşı millət vəkili Cavanşirin “Yas Mərasimləri” üçün aldıqları yerlər və bu sahədən əldə etdikləri gəlir barədə raport hazırlanmışdır. Raport yaxın günlərdə “yuxarı”ya təqdim ediləcək. Şeyx və qardaşı Cavanşirin şəhərin müxtəlif yerlərdə 38 “Yas Mərasim” zalları vardır. Çoxu binaların altında ofis üçün nəzərdə tutulan yerlərdir ki, alınmış və “Yas Mərasimləri” zallarına çevrilmişdir. Cavanşirin yönləndirməsi ilə zəngin iş adamları, dövlət məmurları yaxınlarının yaslarını həmin yas mərasimlərində geyd edirlər. Hər yas mərasimi üçün 10.000 dollardan 20.000 dollara kimi məbləğ alınır. Buna 3 ,7 və 40 günü keçirmək də daxildir. Paşazdə və qardaşı Cavanşirin bu sahədən xərcləri çıxdıqdan sonra sırf illik gəliri 3 milyon dollardır. Bu gizli raportdan Paşazadə xəbər tutub. DQİDK –də Paşazadəyə məlumatı kim sızdırır - yaxın günlərdə bilinəcək. Buna görə də Paşazadə Mübariz Qurbanlı və “Yas Mərasimlərin” də yemək içmək qadağasının banisi Kamal Abdullaha qarşı savaşa başlamışdır”. Bütün maralıq tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |