Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nurçuların «son qalası» olan «Qafqaz» Universitetində «tarama əməliyyatı» başladı

Nurçuların «son qalası» olan «Qafqaz» Universitetində «tarama əməliyyatı» başladı


22-09-2014, 13:50
Nurçuların «son qalası» olan «Qafqaz» Universitetində «tarama əməliyyatı» başladı
DİA.AZ: - Redaksiyamıza Azərbaycanda Fətullah Gülən cameəsinin «son qalalarından» biri kimi qəbul edilən «Qafqaz» Universiteti ilə bağlı ilginc informasiya daxil olub.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, bu gündən etibarən «Qafqaz» Universitetinin müəllim heyətində dəyişikliklərə başlanılıb.

Mənbə iddia edir ki, Fətullah Gülənə yaxın olan müəllimlərin hər birinə işdən azad olunduqları barədə xəbərdarlıqlar elan edilib: «Onların arasında Universitetdə rəhbər vəzifə tutanlar da var».

DİA.AZ xatırladır ki, hələ təxminən yarım ay əvvəlindən Qafqaz Universitetindən Mehmet Rıhmıtım uzaqlaşdırıldığını bildirişdik və hətta Qafqaz Universitetinin bu müəlliminin həbs təhlükəsi ilə üz-üzə olduğunu da söyləmişdik. Doğrudur, sonradan DİA.AZ-la telefon əlaqəsi saxlayan Mehmet bəy məlumatlarımızı qismən təsdiqlədi. Hazırda Türkiyədə olduğunu bildirməklə yanaşı, eyni zamanda Türkiyədə iş axtardığını da etiraf etdi.

Bununla yanaşı, hazırda Fətullah Gülənin Azərbaycandakı təhsil ocaqlarına nəzarət edən SOCAR-dan da «Qafqaz» Universitetinin müəllim heyətinin «milliləşdiriləcəyi» ilə bağlı açıqlama gəlmişdi.

Bu gün isə dia-az.life-a məlumat ötürülür ki, artıq proses başlayıb və təxminən 14 müəllimin universitetdən uzaqlaşdırılması nəzərdə tutulub.

Gələn məlumatlara görə, universitetin rektorunun da vəzifədən uzaqlaşdırılması gündəmdədir.

Geri qayıt