Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycanlı iş adamı Fətullah Gülənin Azərbaycandakı obyektlərini satın alır

Azərbaycanlı iş adamı Fətullah Gülənin Azərbaycandakı obyektlərini satın alır


23-09-2014, 14:45
Azərbaycanlı iş adamı Fətullah Gülənin Azərbaycandakı obyektlərini satın alır
DİA.AZ: - Bir neçə gün əvvəl qardaş Türkiyənin tanınmış iş adamlarından biri olan, Azərbaycan əsilli Rza Sərrafın Bakıya gələcəyi haqda informasiya vermişdik. DİA.AZ-a bu istiqamətdən yeni informasiyalar daxil olub.

Məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, İran neftini Türkiyə vasitəsilə dünya bazarına çıxaran əsas isim kimi tanınan Rza Sərraf Bakıya gəlməyə tələsmir.

Mənbənin dia-az.life-a söylədikləri: «Rza Sərraf Ərdoğanın təlimatı ilə Bakıya gəlməyə hazırlaşır. Bu səfərdə də Rza Sərrafın Azərbaycanda nurçu iş adamlarına məxsus obyektləri satın alması gözlənilir. Hələlik rəsmi Bakıdan tam olaraq olumlu reaksiya olmadığından Sərrafın Bakı səfəri də yubanır».

Onu da xatırladaq ki, Fətullah Gülən cameəsinə aid olduğu iddia edilən Bakıda 100-ə yaxın irili-xırdalı gəlir ünvanı var və indi məlum olur ki, həmin obyektləri Ərdoğan Rza Sərrafın əli ilə satın almağa hazırlaşır…

Geri qayıt