Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin daha bir əməkdaşı narazılıq yaradır
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin daha bir əməkdaşı narazılıq yaradır24-09-2014, 14:52 |
GUNDEMİNFO.AZ-ın elektron poçtuna Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin İmişli şöbəsinin rəis əvəzi Fuad Kazılı ilə bağlı şikayət daxil olub. Şikayət edən İmişli sakinləri deyirlər ki, onlar qanuni torpaqlarını və digər şəxsi əmlaklarını rəsmi qeydiyyatdan keçirmək üçün rəis əvəzinin qapısında zülm çəkirlər. Şikayətçilər deyir ki, dövlət rüsumunu ödəsələr də Fuad Kazımlı onlardan əlavə «haqq» istəyir. Məlumata əsasən dövlət rüsumunu ödəyən vtəndaşlardan tələb olunur ki, əmlakları yerində ölçmək üçün mütəxəssislərə əlavə «zəhmət haqqı» ödənilməlidir. Və bu «zəhmət haqqı» da əsasən 1000 manatdan aşağı omlur. Məlumat verən mənbə deyir ki, Fuad Kazımlı bir qədər əvvəl işində yol verdiyi nöqsanlara görə 6 aylıq dövlət qulluqçusu təqaüdündən məhrum olunub. Eyni zamanda adıçəkilən şəxsin bir qədər əvvəl töhmət aldığı da söylənilir. Məlumat üçün bildirək ki, F.Kazımlının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aranla yaxın qohum olduğu da deyilir. Mövzu ilə bağlı araşdırmalarımız advam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |