Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saatlının bir kəndi bir aydır işıq üzünə həsrət qalıb – “Azenerji” rayonda böyük narazılıq yaradır
Saatlının bir kəndi bir aydır işıq üzünə həsrət qalıb – “Azenerji” rayonda böyük narazılıq yaradır25-09-2014, 13:51 |
DİA.AZ: - Saatlı rayonunun Genuşkənd kəndində baş vermiş elektrik qəzasının üstündən bir aya yaxın vaxt keçsə də, hələlik bu qəzanın aradan qaldırılması istiqamətində tədbir görən yoxdur. Kənd sakinləri bu barədə rayon elektrik idarəsinin rəisi Əfqan Həsənova dəfələrlə məlumat versələr də, təzə rəis bu qulağından alıb, o biri qulağından ötürür. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Genişkənd kəndinin sakinləri bu barədə rayon icra hakimiyyətinin rəhbərliyiniə də məlumat veriblər. Hətta, başçının birinci müavini şəxsən rayon elektrik idarəsinin rəisinə tezliklə qəzanın aradan qaldırılması barədə göstəriş də verib. Ancaq bütün bunlar da Əfqan Həsənova təsir etməyib. O, yenə də “öz işindədir”. Gördüyü “tədbir” isə “Qaçhaqaç zad deyil ki. Qəza baş verib, aradan qaldırarıq” –deyir. Deyəsən, Əfqan Həsənov gözləyir ki, kənd sakinlərindən kimsə və ya sakinlərin mal-qarasından bir neçəsi tələf olsun, ondan sonra hərəkətə gəlsin. Ə.Həsənov indi də bəhanə edir ki, elektik dirəyi tapa bilmir. Ona görə də yaranmış qəzanın üstündən bir ay keçsə də, heç bir tədbir görülmür. Ancaq deyəsən, bu bəhanə də bir o qədər keçərli deyil. Çünki rayonun əksər yerlərində elektrik xətləri yeraltı kabellər vasitəsilə ötürülür. Ona görə də hər gün 30-40, bəlkə də daha çox elektrik dirəyi çıxarılıb naməlum yerlərə aparılır. Və oradadn da çox güman ki, satılır. Əfqan Həsənov isə deyir ki, bu elektrik dirəklərinin onlara aidiyyəti yoxdur. Guya bu işləri, yəni elektrik dirəklərini satanlar başqa idarənin işçiləridir. Görəsən bu idarələrin hamısı “Azərenerji”nin tabeçiliyində deyilmi? Bəlkə elektrik dirəklərini çıxarıb aparanlar başqa ölkələrdən gəliblər? Deyilənlərə görə, Əfqan Həsənov çox gəncdir. Bəlkə də ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə baxılması və əhalinin qarşılaşdığı problemlərin dərhal aradan qaldırılması haqqında tövsiyə və göstərişlərinə əhəmiyyət vermir. Güman edirik ki, bu gənc rəisin arxasında dayanan təcrübəli dayısı onu gec də olsa, başa salaçaq ki, elektriklə oynamaq olmaz. Hər gün satılan elektrik dirəklərindən 5-6 – nı da kənd sakinlərin qarşılaşdığı problemlərin aradan qaldırılmasına sərf etmək lazımdır. Elxan Cəfərli, Saatlı rayonu - DİA.AZ Geri qayıt |