Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bank of Azerbaijan"la bağlı müəmmalı durum

"Bank of Azerbaijan"la bağlı müəmmalı durum


26-09-2014, 15:45
"Bank of Azerbaijan"la bağlı müəmmalı durum
Aylardır ki, davam edən böhran «Bank of Azerbaijan» Kommersiya Bankının faktiki olaraq iflas həddinə çatdırıb. Bankın filalları, bankomatları demək olar ki, işləmir. GUNDEMİNFO.AZ-a daxilolan məlumata əsasən «Bank of Azerbaijan»ın işçiləri belə əmək haqlarını ala bilmirlər. Adıçəkilən bankın işçiləri hər həftə ixtisar edilir. Bankın nizamnamə kapitalı, aktivləri son 3 ayda 65 faizə qədər azalıb. Bu barədə saytımıza bilgi verən yetkili bank işçilərindən biri deyir ki, artıq bankın depozit qoyuluşları təmamilə ləğv edilir. Əmanətlərin qaytarılması prossesinə hazırılıq gedir. «Mərkəzi Bankla danışıqlar aparılır. Bankdakı əmanətlərin həcmi heç də az deyil» deyə mənbəmiz bildirdi.

Araşdırmalar zamanı bəlli oldu ki, bu bankın Bakıda 9 filalı var. Naxçıvanda bir filalı mövcuddur. Zərdab, Ucar, Gəncə, Quba və Sumqayıt da daxil olmaqla bankın 17 filalı mövcuddur. Bankın 28 ATM sistemi sentyabrın əvvələrində faktiki olaraq fəaliyyətini dayandırıb. Fəaliyyətini dayandırmış ATM-lərin siyahısı aşağıdakılardır:

Bakı

1 Bakı Bakı Beynalxalq Avtovağzalın 1-ci mərtəbəsi (Sumqayıt şossesi 3)

2 Bakı Bakı Beynalxalq Avtovağzalın 3-cü mərtəbəsi (Sumqayıt şossesi 3)

3 Bakı "Sahil" metrosunun yaxınlığında (S.Vurgun küç.3)

4 Bakı H.Əliyev parkının yaxınlığında (Bədəlbəyli küç.94)

5 Bakı "Olimpik star" İdman kompleksinin yaxınlığında (Y.Çəmənzəmənli küç.14)

6 Bakı "ZQAN" Plaza (H.Sarabski küç 657 məhəllə)

7 Bakı "Royal plaza" Hotel (T. Əliyev küç 25A)

8 Bakı H.Cavid parkının yaxınlığında (Landau küç 6a)

9 Bakı Nəsibbəy Yusifbəyli və Azadlıq pr. 125 kəsişməsi(20 saylı Filial)

10 Bakı Neftçilər prospekti 1, (Park Bulvar AVM)

11 Bakı Tbilisi pr. 49B ("MCB Leasing" şirkətinin yaxınlığında)

12 Bakı Otel Ramada (T.Əliyev küç. 76)

13 Bakı Azərbaycan Dövlət Dəmir yolu idarəsi (D.Əliyeva küç. 32)

14 Bakı Neftçilər metrosunun çıxışı

15 Bakı Qum Adası

Gəncə

16 Gəncə Xətai pr. 52A

17 Gəncə Avia Təmir zavodunun ərazisində

Sumqayıt

18 Sumqayıt 1-ci mikrorayon Sülh küç. 30–cu məhəllə

Naxçıvan

19 Naxçıvan Ə.Əliyev küç 20 (12 saylı "Naxçıvan" filialı - "Cahan" Ticarət Mərkəzində)

20 Naxçıvan Bazarın ərazisində (Xətai küç.)

21 Naxçıvan "Duzdağ" Hotel (Duzdag oteli ərazisində)

22 Naxçıvan Diaqnostika mərkəzinin içərsində (Ə.Əliyev küç 41)

23 Naxçıvan Naxçıvan Avtovağzalın ərazisində

Culfa

24 Culfa Culfa Dəmir Yolu Vağzalı

Ucar

25 Ucar Qarabürk kəndi (17 saylı "Ucar" filialı - Ucar Avtovagzalının yaxınlığında)

Zərdab

26 Zərdab Zərdab ş., R.Kərimov küç.

27 Zərdab Zərdab ş., Azərbaycan küç. 49 (16 saylı "Zərdab" filialı)

Quba

28 Quba Quba ş. H.Əliyev pr. məhəllə 21("Quba" filialı)



Aldığımız bilgilərə əsasən "Bank of Azerbaijan" Azərbaycan Respublikasının İpoteka Fondunun və Sahibkarlığa Dəstək Milli Fondunun agent-bankları siyahısından avqust ayında çıxarılıb. Və artıq bankın müvəkkil kimi seçilməməsi barədə qərarlar Mərkəzi Bank tərəfindən rəsmən təsdiqlənib.

GUNDEMİNFO.AZ-a daxil olan məlumatlarda bildirilir ki, "Bank of Azerbaijan" –nın müflis elan edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu ilə danışıqlar baş tutmur. Çünki bank daha kiçik həcmdə əmanətlər yığaraq aktivlərinə daxil edib. Azərbaycanda yeganə bank olaraq bu bank əhalidən hətta 100 manatlıq əmanət yığımı kampaniyası da həyata keçirib. Buna görə də Əmanətlərin Sığorta Fondu həcmi 10 min manatdan aşağı olan böyük həcmli vəsaiti sığorta olaraq əhaliyə qaytarmalıdır. Bu isə faktiki olaraq dövlətin ziyana düşməsinə gətirib çıxaraq əmildir. Məhz bu səbəbdən də banka mövcud olan əmlakların satışa çıxarılması ilə borcların qaytarılması təklif edilib. Bakı şəhərində yerləşən 9 filalın inzibati binasının bankın əmlakı olaraq göstərilməsi səbəbindən əhaliyə olan borcların məhz bu əmlakların satışa çıxarılması ilə qarşılanması təklif olunur. Lakin bankın indiki sahibləri təklifi faktiki olaraq bankın özünü müflis elan etməsi kimi dəyərləndirməklə, qəbul etmirlər.

GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən "Bank of Azerbaijan" nın əmlaklarına sahiblənmək istəyən oliqarx-məmurlardan biri müflis elan etməyə çalışır. Lakin hələlik Mərkəzi Bank bu təkliflə razılaşmır. Səbəb isə bankın müflis elan ediləcəyi təqdirdə borclarının ödənilməsi ilə bağlıdır.

Məlumatlara əsasən bankla daha çox problemləri yaranan istehlak kreditləri götürmüş şəxslərdir. Xüsusilə də avtomobillər üçün alınmış kreditləri ödəən şəxslər müvafiq olaraq məktub alaraq dövlət qurumlarına təqdim edə bilmirlər. Bankın problemli kreditlər portfeli də ümumi kapital məcmuusunun yarıdan çoxuna bərabərdir. Bu səbəbdən də bankın müflis elan edilməsi prossesinə rəsmi dairələr razılıq verə bilmirlər. Lakin qeyd etdiyimiz kimi bankın əmlakını ələ keçirmək üçün çalışan oliqarx-məmurlardan biri buna çox çalışır.

Geri qayıt