Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycan vəhabiləri maraqlı formada mühacirət yolunu seçiblər - Şübhə çəkməsinlər deyənə, fərdi köç edirlər

Azərbaycan vəhabiləri maraqlı formada mühacirət yolunu seçiblər - Şübhə çəkməsinlər deyənə, fərdi köç edirlər


1-10-2014, 15:44
Azərbaycan vəhabiləri maraqlı formada mühacirət yolunu seçiblər - Şübhə çəkməsinlər deyənə, fərdi köç edirlər
DİA.AZ: - Neçə müddətdir ki, bölgəmizdə bir İŞİD təhlükəsinin anonsu edilməkdədir. Xatırladaq ki, hələ ilk dəfə olaraq Şimali İraq və Suriyada peyda olarkən bu radikal vəhabi terrorçu birləşməsinin hədəfləri sırasında ölkəmizin də adı çəkilirdi. Hətta İŞİD-in yer üzündən silməyə hazırlaşdığı iki dövlətdən birinin Azərbaycan olduğu da məlum idi (digəri isə İrandır). O da məlumdur ki, Azərbaycandan xeyli sayda İŞİD sıralarında vuruşanlar da var. Onlardan 26-sı isə bu günlərdə Milli Təhlükəsizlik Nazirliyinin uğurlu əməliyyatı nəticəsində həbs edildi.

Təbii ki, bu həbslərin davamı olacaq. Hər halda, azərbaycanlı vəhabi liderlərindən olan Şeyx Qamətin hələ illər əvvəl sinəsinə döyərək «bizdə təkcə cümə namazına 10 min adam toplaşır» deməsindən və küçələrdə rastlaşdığımız mənzərələrdən də bəlli olur ki, bu gün Azərbaycanda İŞİD-ə meyilli vəhabilərin sayı kifayət qədər ciddidir, narahatçılıq yaradan həddədir.

Bununla əlaqədar DİA.AZ-ın əldə etdiyi informasiyalardan da aydın olur ki, artıq mindən artıq radikal vəhabi Azərbaycanı tərk edib. Xatırladaq ki, təxminən 4 min vəhabinin ölkəmizdən getmə niyyətində olması barədə də informasiyanı diqqətinizə çatdırmışdıq.

Bilgili mənbənin redaksiyamıza söylədiklərinə görə, vəhabilər Azərbaycandan az qala hər gün köç edirlər. Mənbənin dia-az.life-a açıqlaması: «Onlar demək olar ki, hər gün öz ailələri ilə tək-tək ölkəni tərk edirlər. Diqqət çəkməsinlər deyənə, bunu fərdi olaraq edirlər. Hətta onlardan bəziləri, «Azərbaycanda təzyiqlərə məruz qalan müxalifətçi kimi» Avropa ölkələrinə də mühacirət edirlər. Təsadüfi deyil ki, son günlərdə Avropaya mühacirət edənlərimizin sayı kəskin şəkildə artıb. Əminliklə deyə bilərik ki, onların böyük əksəriyyəti artıq özlərini Azərbaycanda diskomfort hiss etməyə başlamış vəhabilərdir».

Mənbə onu da əlavə edib ki, vəhabilərin Azərbaycanı tərk etməsi onların ölkəmizdəki şəbəkəsini ciddi şəkildə sarsıdacaq.

Geri qayıt