Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Elmar Vəliyev gəncəlilərin başına bu oyunu da açdı

Elmar Vəliyev gəncəlilərin başına bu oyunu da açdı


8-10-2014, 14:40
Elmar Vəliyev gəncəlilərin başına bu oyunu da açdı
Hələ ötən ay Gəncədə yağan güclü leysan bir çox evlərin dam örtüyünə ziyan vurub. Həmin vaxt Gəncədə Abbas Səhhət qəsəbəsində 3 binanın dam örtüyü təmir edilmək üçün sökülmüşdü.

Həmin ikimərtəbəli binaların sakinləri danışırlar ki, yağan yağış evlərin tavanını, döşəməsini yarasız hala salıb.

«BÜTÜN TAVAN TÖKÜLDÜ YERƏ»

Binanın sakinlərindən Gülnarə Eyvazova deyir ki, icra strukturlarından gəlib baxanlar evlərinin dərhal təmir ediləcəyi sözünü versələr də, elə o gedən olublar:

«Dam örtüyümüz açıq idi. Gecə yağış başladı. Gördük hər yerdən damır. Sonra da yağış gurladı. Bütün tavan töküldü yerə. 3 otağın hamısı belədir. Heç kim gəlib baxmadı, bir az yığışdırdıq. Maraqlanan olmadı. Körpə uşaqlarım qonşularda qaldı. Sonra köməkləşib evi yığışdırıb, köçdük. Gəlirimiz yoxdur. Dedilər guya gəlib icradan təmir edəcəklər, ya da material verəcəklər. Bir ay keçib, nə gələn var, nə gedən. Beləcə qalıb».

«HANSI QAPINI DÖYÜRSƏN AĞZINA BİR ÇARIQ VERİB YOLA SALIR»

Digər sakin Saleh Abbasəliyev də deyir ki, evləri yerli qurumların məsuliyyətsizliyindən bu hala düşüb. Gileylənir ki, bir binanın dam örtüyü üçün cəmi bir usta işləyirmiş. Materiallar vaxtında gətirilmədiyindən iş uzanıb. Evlərinə yağış yağandan sonra laqeydlikdən bezən qonşular birləşib ustaya dam örtüyünü düzəltməyə kömək ediblər ki, iş tez bitsin:

«İcra Hakimiyyətinə getdim, dedilər gəlib baxacağıq. Heç kim də gəlmədi. Maraqlanmadılar ki, burda insan yaşayır ya yox? Dam örtüyünü dəyişirdilər. Materialı vaxtında gətirib vermədilər. Kimdir gəlib nəsə edən? Bütün gün zəng elədik, yarımçıq qalmışdı. Qonşularla birləşib vurduq. Çadırları olmalı idi ki, yağış yağsa, binanın damını örtməyə. Usta da deyir ki, çadır, filan yoxdur. Usta da bir nəfər, iki balaca uşaq da onun köməkçisi idi. Qonşular kömək elədi, düzəltdim dam örtüyünü. Hansı qapını döyürsən, ağzına bir çarıq verib yola verir».

«1 NƏFƏR BİNANIN DAM ÖRTÜYÜNÜ BAĞLAYA BİLƏR?»

Bəzi sakinlər yardım edilmədiyini görüb məcbur qalıb evlərində cari təmir işləri aparıblar:

«Tavan tamamilə çökdü. Məcbur qalıb düzəltdik. Dedilər ki, şəhərin yarısı belədir. Bir nəfər işləyir, düşüb 1 saata çay içir, bir də qalxır. Bir nəfər bir binanın dam örtüyünü bağlaya bilər? Zibili atıblar binanın qarşısına».

«ZİBİL BİNANIN QARŞISINDA QALIB»

Vaxtilə dəmiryolçular üçün tikilmiş ikimərtəbəli bu 3 binada 200-ə yaxın sakin yaşayır. Binanın qarşısında köhnə dam örtüyünün tullantıları var. Yolu keçməyə bircə addımlıq yer qalıb. Sakinlərin tələblərinə baxmayaraq, nə tullantılar toplanır, nə də tavanları təmir edilir:

«Zibil binanın qarşısında qalıb. Hamilə qadındır keçir, yıxılır. Tavan başıma uçur, kasıb adamam necə düzəldim? Belə olmaz axı...».

«Bu binaya 60-cı ildən gəlmişəm. İndi özümüz bərbad halda yaşayırıq. Neçə dəfə yıxılmışıq bu zibilin üzündən. Körpə var, hamilə var».

İCRA HAKİMİYYƏTİNDƏN NƏ DEYİRLƏR?

Gəncə İcra Hakimiyyətinin memarlıq şöbəsindən Azadlıq Radiosuna bildirdilər ki, binaların dam örtüyü şəhərin quruluşuna uyğun formada düzəldilib. O ki qaldı evlərin təmirinə, bu barədə heç bir məlumat verilmir.

Başıbəlalı sakinlər isə tələblərinə cavab verilmədiyi halda daha yuxarı instansiyalara müraciət edəcəklərini deyirlər. Onlar haqlarını axıra kimi aramaq fikrindədirlər...


Elmar Vəliyev gəncəlilərin başına bu oyunu da açdı
Elmar Vəliyev gəncəlilərin başına bu oyunu da açdı
Geri qayıt