Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mikayıl Cabbarov Elmar Vəliyevi yenə bilməsi üçün bütün mümkün addımlara əl atır
Mikayıl Cabbarov Elmar Vəliyevi yenə bilməsi üçün bütün mümkün addımlara əl atır9-10-2014, 16:03 |
DİA.AZ: - Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə təhsil naziri Mikayıl Cabbarovun arasındakı ədavətdən yazmışdıq. DİA.AZ-a bu yöndən yeni informasiya daxil olub. Məlumatlı mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, icra başçısı ilə ədavətindən geri çəkilməyən Mikayıl Cabbarov Elmər Vəliyevlə bağlı məsələnin hakimiyyətin ən üst səviyyəsində müzakirə olunmasına çalışır: «Yəni bu məsələnin prezidentin diqqətinə çatdırılmasına çalışır. Çünki Elmar Vəliyev aşkar surətdə nazirin Gəncədəki siyasətini əngəlləməkdədir». Xatırladaq ki, başçı ilə nazirin arasındakı intriqa zamanı vəziyyət o həddə çatmışdı ki, hətta Mikayıl Cabbarov Elmar Vəliyevin əleyhinə Gəncədəki orta məktəb direktorlarının ifadəsini də almışdı. dia-az.life-a daxil olan son informasiyada qeyd olunur ki, hələlik Elmar Vəliyev həmin məktəb direktorlarına qarşı hansısa tədbiri görməyib. Amma yerli təhsil idarəsi ilə başçı arasındakı ədavətli durumun hələ də qalması Mikayıl Cabbarova əlavə problemlər yaratmaqdadır. Buna görə də nazir Elmar Vəliyevin vəzifə başından alınmasında ciddi maraq göstərir. Geri qayıt |