Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mərkəzi Bankın fəaliyyətinə qadağa qoyacağı banklardan biri bəlli oldu

Mərkəzi Bankın fəaliyyətinə qadağa qoyacağı banklardan biri bəlli oldu


29-10-2014, 14:38
Mərkəzi Bankın fəaliyyətinə qadağa qoyacağı banklardan biri bəlli oldu
DİA.AZ: - Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun xırda bankların briləşdiriləcəyi ilə bağlı məlumatı böyük rezonans yaratdı. Hər halda nizamnamə kapitalının artırılması hesabına baş tutacaq bu prosesə cəmiyyətin reaksiyası müsbət oldu və ictimaiyyət belə bir qərarı çoxdan gözləyirdi. Ən azından ona görə ki, bank sektorundakı özbaşına müjiti yaradan faktırlardan biri də məhz xırda bankların nəzarətsiz buraxılması, bank sektorunda pərakəndəliyin hökm sürməsilə əlaqələndirilirdi.

Bu arada DİA.AZ-a daxil olan məlumatlardan anlaşılır ki, artıq fəaliyyətinə "dur" deyiləcək xırda banklardan biri bəlli olub. Redaksiyamıza müraciət edən bir qrup Xocalı qaçqını onların Gəncəbank tərəfindən aldadılaraq aylarla süründürməçiliyə məruz qaldıqlarını dedilər. Belə ki, onlara bank tərəfindən ayrılan kredit vəsaiti bir neçə aydır ki, gecikdirilir, müxtəlif bəhanələrlə pul onlara verilmir. Bankın aidiyyatı şəxsləri onlara pulların SKMF sədri Şirzad Abdullayevdə olması və pulların onun şəxsi biznesinə yatırılmasını deyirlər. Sakinlər bankın qapısından qaytarılırlar. Qeyd edək ki, bank barədə şikayətlər bununla bitmir. Gəncədə və ətraf regionda ad çıxarmış bankın çirkli pulların yuyulmasında adı hallanır. Əmanətçilər pullarını bankdan ala bilmirlər.

DİA.AZ-a Mərkəzi Bankda olan etibarlı mənbədən verilən məlumata görə, bağlanacaq banklardan biri də müdhiş maliyyə maxinasiyalarında ad çıxarmış Gəncəbank olacaq. Belə ki, artıq bu qərarın qanuni qüvvəyə minməsinə sayılı günlər qalır. Artıq bankın müştəriləri əmanətlərini geri ala bilmək üçün banka hücum çəkirlər. Bankda isə əmanətlərin qaytarılması üçün vəsait yoxdur. Pullar müxtəlif kredit layihələri adı altında mənimsənilərək talan edilib. Hal-hazırda bankda əsl xaos hökm sürür və hər an banka xüsusi xidmət orqanlarının gəlişi gözlənilir. Öz növbəsində mənbəmiz əhalini ayıq sayıq olmağa və bankda olan əmanətlərini vaxtında geri almağı tövsiyyə edir.

Qarşı tərəfi də dinləməyə hazırıq

Geri qayıt