Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Neftçalanın icra başçısı vəzifədə qala bilməsi üçün nələri etməlidir
Neftçalanın icra başçısı vəzifədə qala bilməsi üçün nələri etməlidir30-10-2014, 16:12 |
DİA.AZ: - «Hələ bir neçə ay bundan əvvəl iki rayonun icra başçısı ciddi şəkildə xəbərdarlıq almışdı və artıq onlara verilən sınaq dövrü başa çatıb». Bu açıqlamanı DİA.AZ-a verən hökumət içindəki mənbə bildirir ki, onlardan biri Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımovdur. Xatırladaq ki, 2011-ci ildə Siyəzənə başçı təyin olunmasına baxmayaraq, rayonun idarə edilməsində ciddi problemlər yaşayan Arif Qasımov Qubanın keçmiş icra başçısı Rauf Həbibovun aqibətini yaşamaqdan zar-zor canını qurtara bilmişdi. Belə ki, rayonda mövcud olan total narazılıqlar üsyan həddinə qədər çatdığından, hətta yerli əhali icra başçısının istefasını belə şərt kimi irəli sürmüşdü. Amma nəhayətdə bir sıra müdaxilələr edildi ki, Arif Qasımov daha çətin problemi yaşamalı olmadı. Amma buna baxmayaraq ona özünü doğrulda bilməsi üçün prezident seçkilərinə qədər vaxt tanındı. Məlumatı verən qaynağın sözlərinə görə, artıq vaxt geridə qaldığından Arif Qasımovu da «kəfəni yırtmışlardan» hesab etmək olar: «Artıq Arif Qasımov üçün elə bir ciddi problem qalmayıb. Amma ondan fərqli olaraq bu gün ciddi narazılıqların yaşandığı Neftçalanın icra başçısı İsmayıl Vəliyevin durumu olduqca ağırdır». Bildirək ki, İsmayıl Vəliyev də Neftçalaya 2011-ci ildə icra başçısı təyin olunub. Və Quba üsyanının ardından Neftçalada da yerli sakinlərlə rayon rəhbərliyi arasında ciddi toqquşmalar yaşandı. Hətta vəziyyət o həddə çatdı ki, narazı neftçalalı sahibkarlar rayonun hazırda həbsdə olan keçmiş baş memarını, icra başçısı İsmayıl Vəliyevin «kassiri» kimi tanınan Rüstəm Təhirovun şəxsi avtomobilini belə atəşə verdilər. Doğrudur, yerli icra hakimiyyəti sonradan bu işi ört-basdır etməyə çalışdı və hətta «yuxarılara» da yalan məlumat ötürərək, baş memarın maşınının kimsə tərəfindən yandırılmadığını, texniki nasazlıq səbəbindən özü-özünə alışdığını iddia etdilər. Amma təbii ki, bir yox, bir neçə qaynaqdan informasiya alan «yuxarılar» icra başçısının bu fırıldağını ifşa etdilər. Nəticədə Rüstəm Tahirova qarşı məhz sahibkarların iddiası ilə cinayət işi açıldı. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, eyni qaydada ilin sonuna qədər vaxt alan Neftaçalanın icra başçısı bu dönəmi uğurla başa vermiş kimi görünsə də, onun cəzalandırılması da gözləniləndir. Mənbənin söylədikləri: «Məsələn, rayondakı orta məktəblərdən birinin məhz icra başçısının hesabına təmiri planlaşdırılır. Və bu proses tam nəzarətdə olacaq ki, icra başçısı bu işi hansısa yerli sahibkarın hesabına həyata keçirməsin». Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |