Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Elşad Abdullayevin əlində hələ də şantaj xarakterli videolar var
Elşad Abdullayevin əlində hələ də şantaj xarakterli videolar var30-10-2014, 16:52 |
DİA.AZ: - «Fəaliyyəti qadağan edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev hələ də bir çox məmurları şantaj etməklə məşğuldur». Bu şok iddianı redaksiyamıza açıqlayan hökumət içindəki mötəbər mənbə iddia edir ki, zamanında keçmiş təhsil naziri Misir Mərdanovu istədiyi kimi yönəldən və hətta bu yolla əslində bir bazar mahiyyəti daşıyan ABU-nun fəaliyyətini süni şəkildə uzadan, ABU ilə bağlı TN-dən əlavə imtiyazlar almağa müvəffəq olan Elşad Abdullayev eyni qaydada bir sıra məmurları öz buxovunda saxlayır. Xatırladaq ki, dünən ABİ-nun dekanlarından biri ilə nağlı çəhkəmə qərarı çıxarıldı. Amma buna rəğmən barəsində iki ayrı-ayrı faktlar üzərə cinayət işi açılan keçmiş rektora qarşı hansısa hüquqi aadımın atıldığı müşahidə olunmur. Belə bir təssürat yaranır ki, hamıya Elşad Abdullayevin susması lazımdır. Ortada olan ittiham maddələri isə keçmiş rektorun vətənə dönüşünün əngəllənməsinə hesablanıb. Elə buna görə də bu gün Elşad Abdullayev nəinki rahat-rahat Azərbaycandan oğurladığı pullarını xərcləyir, hətta daha da irəli gedərək şantajla da məşğuldur. Mənbəmizin dia-az.life-a amıqlamasında səsləndirdiyi iddialara görə, Elşad Abdullayevin əlində iki videoarxiv var: «Onlardan biri həm dövlətin ayrı-ayrı qurumlarına göndərilən və zaman-zaman internet vasitəsilə ictimailəşdirilənlərdir, digəri isə yalnız Elşad Abdullayevdə var ki, həmin videoçəkilişlər hesabına keçmiş rektor bu gün onlarla məmuru nəzarəti altında saxlayır, onların özü barəsində hər hansı fəaliyyətdə bulunmalarının qarşısını önləyir». Məhz bu səbəbdən bu gün Elşad Abdullayevlə bağlı verilən axtarış qərarının Biləcəridən o yana keçmədiyini iddia edən qaynaq bu məqama keçmiş rektorun da verdiyi açıqlamasında gülərək toxunduğunu xatırlatdı: «Elşad Abdullayev deyir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının onu beynəlxalq axtarışa verməsi barədə qərar Fransada işləmir. Əslində belə bir hal ola bilməz. Amma faktiki olaraq vəziyyət bu cürdür. Çünki fakt odur ki, Elşad Abdullayev təkcə Fransada yox, Avropada da rahat hərəkət edir». Geri qayıt |