Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Amerikanın Bakıda 3 kəşfiyyat yuvası - 3 "McDonalds" restoranı var

Amerikanın Bakıda 3 kəşfiyyat yuvası - 3 "McDonalds" restoranı var


3-11-2014, 14:49
Amerikanın Bakıda 3 kəşfiyyat yuvası - 3 "McDonalds" restoranı var
DİA.AZ: - “McDonalds”ın Azərbaycanda 3 restoranı var. Adıçəkilən restoranlarşəbəkəsinin insan sağlamlığını təhdid edən yeməkləri və digər zərərləri haqqında isə yetərincə yazılıb, deyilib və baş verməkdədir...

Məsələn, bir müddət əvvəl məlumat yayılmışdı ki, insanların fizioloji baxımdan dəyişməsində «McDonalds» istehsalı olan fəstfudun “xidmətləri” böyükdür. Belə ki, bir zamanlar yaponiyalı milyarder Den Fucita o zaman “McDonalds”ı vətəninə dəvət edərkən düşünürmüş ki, əgər yaponlar 100 il hamburger və qızardılmış kartof yesələr, onlar da amerikalılar kimi daha ucaboy olar, dərilərinin rəngi ağarar, qarabuğdayıdan sarışına çevrilərlər. Əslində isə illər ötdükcə yaponlar da “McDonalds”ın bütün alıcıları kimi kökələrək ağır çəkiyə malik piyli insanlar oldular.

Hesablamalara görə, bu gün 54 milyon amerikalı piylənmədən əziyyət çəkir, 6 milyon nəfər isə superpiylidir və normal çəkidən 100 funt artıqdır. Tarixdə heç bir nəsil belə tez bir zamanda kökəlməyə meylli olmayıb. Bütün bunlara baxmayaraq isə fəstfudun porsiyasının çəkisi artır. Əgər 1950-ci ildə “Coca-Cola” sifarişi 230 qram idisə, hazırda uşaqlar üçün porsiya 340 qram, böyüklər üçün isə 900 qramdır. Başqa sözlə, insanlar “McDonalds”ın sayəsində özlərini bir növ yağa və şəkərə tutublar. Amerikada piylənmə siqaretdən sonra ikinci ölüm səbəbi sayılır. Hər il 28 min adam piylənmədən vəfat edir.

Təxminən dörd ay əvvəl isə xəbər verilib ki, "McDonalds" restoranlar şəbəkəsinin təklif etdiyi qidalar xərçəng riski yaradır. Bu iddia ilə türkiyəli mütəxəssislər çıxış edib.

Mütəxəssislər restoranlar şəbəkəsinin tez hazırlanan yeməklərinin arzuolunmaz qidalar sırasına salındığını xatırladaraq genetik modifikasiya olunmuş qidalardan istifadəni tənqid edib. Qeyd edək ki "McDonalds" yeməklərinin xüsusilə mədə və qida borusu xərçəngi yaratdığı bildirilib. Buna görə də azyaşlı uşaqların restoranlar şəbəkəsinin yeməklərilə qidalandırılması məsləhət görülmür.

Bunlar da «McDonalds»ın insan sağlamlığına yaratdığı təhlükələr haqqında iddiaların hamısıdeyil. Bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən «McDonalds» restoranlarında mal əti kimi təqdim olunan ətin tərkibi və mənşəyi xeyli şübhəlidir. İddialara görə, «McDonalds»restoranlarında Hindistandan gətirilən ölü inək əti müştərilərə təklif edilir. Həmin ət murdar olmaqla yanaşı, sağlamlıq üçün də olduqca zərərlidir. Demək artıqdır ki, Hindistanda inək əti yemək bu ölkənin inanclarına görə qadağandır, bu isə bir çox işbazlar üçün havayı gəlir yeri yaradır. Bir çox iri şirkətlər Hindistanda ölmüş inəklərin ətinin tədarükü və ixracı ilə məşğul olaraq, külli miqdarda pul qazanırlar. Həmin şirkətlərdən birinin də «Mc Donalds» restoranlar şəbəkəsi olduğu haqqında bilgilər mövcuddur.

Onu da bildirək ki, “McDonalds” uşaqların səhhəti üçün ciddi təhlükə doğuran qidaların o cümlədən “Happy Meal”ı satışdan çıxarılması ilə bağlı bu günlərdə xəbərdarlıq aldı. Lakin nədənsə bu xəbərdarlığa bir çox ölkələrdə - o cümlədən Azərbaycanda da əməl olunmadı.

Bildirək yüzlərlə beynəlxalq səhiyyə təşkilatı belə bir müraciəti imzalayıb və Amerika koorporasiyasına tələb göndərib. Müraciət eyni zamanda Nyu-York, Çikaqo, Boston, San-Fransisko, Baltimor və digər şəhərlərin böyük qəzetlərində dərc edilib. Müraciətdə bu qidadan artıq xeyli zəhərlənmələrin olması qeyd olunur və insanların müalicəyə xeyli pullar sərf etdiyi bildirilir. Müraciəti 550-dən çox səhiyyə təşkilatı, o cümlədən “American Academy of Child and Adolescent Psychiatry”, “Food Studies”, “Public Health” kimi təşkilatlar imzalayıb.

Onu da bildirək ki, bu günlərdə “McDonalds”ın Bakıdakı mərkəzi restoranında zəhərlənmə halı baş verib. Bu barədə DİA.AZ-a ünvanlanan şikayət məktubunda bildirilir ki, zəhərlənən 5-6 yaşında olan uşaqlardır və onlar da həmin qadağan olunmuş uşaqlar üçün təqdim olunan menyu ilə qidalanıblar. Lakin nədənsə bu barədə “McDonalds” rəhbərliyinə müraciət edilsə də, onlar günahkar olmadıqlarını bildiriblər.

Xatırladaq ki, “McDonalds” restoranlar şəbəkəsi bir zamanlar ABŞ-ın Azərbaycandakı səfiri postunu tutmuş, sonradan isə Azərbaycanda bir iş adamı kimi fəaliyyət göstərməyə başlamış Stenli Eskuderoya məxsusdur. Stenli Eskudero eyni zamanda Amerika-Azərbaycan Ticarət Palatasının rəhbəridir. Azərbaycanda isə bu adamı həm də yerli sakinlərin haqqını yeyən bir əcnəbi kimi də xatırlayırlar. Xatırladaq ki, Stenli Eskudero Nardaran və Kürdəxanı kənd sakinlərinə dövlət tərəfindən verilən pay torpaqlarını mənimsəməkdə ittiham olunurdu. Amma buna baxmayaraq, hakimiyyətin yuxarı instansiyaları ilə isti münasibətləri olan Stenli Eksuderoya «gözün üstündə qaşın var» deyən olmadı.

Bu barədə redaksiyamızın əldə etdiyi bir başqa məlumatlarda isə bildirilir ki, son günlər “McDonalds”da zəhərlənmə hallarının artması ilə bağlı Azərbaycanın səhiyyə nazirliyinə edilən şikayətlərin sayı durmadan artmaqdadır. Hətta vəziyyətin daha da şiddətli xarakter alması səbəbindən Bakı sakinləri “McDonalds”ı Amerikanın işğal altında saxladığı İraq və Əfqanıstandan olan əksamerika ideyalı müsəlmanlar üçün icad etdiyi «Quantanamo həbsxanası»na da bənzədildiyini deyən mənbəmizə görə, “bu restoran şəbəkəsi müsəlmanlar üçün ölüm yuvasıdır”.

Bildirək ki, bu arada Azərbaycan mediasında ABŞ-a qarşı ilginc bir ittiham irəli sürüldü və bu ittihamdan anlaşılanı isə o idi ki, rəsmi Bakı Amerikanı Azərbaycan ərazisində kəşfiyyat işləri aparmaqda ittiham edir. Tamam, bu ittihamlara səbəb var. Amma həmin səbəblərdən daha birinin də Stenli Eskuderonun Bakıdakı fəaliyyətinin ola biləcəyi şəkksizdir. Bizcə dövlətin bu fəaliyyətə də qiymət verməsi zərurəti nəhayət ki, yaranıb...

Mövzu diqqətimizdədir…

Geri qayıt