Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Daha bir "yaşıl soyqırım" həyəcanı: 30 illik ağacları mişarın ağzına verdilər
Daha bir "yaşıl soyqırım" həyəcanı: 30 illik ağacları mişarın ağzına verdilər4-11-2014, 15:06 |
GUNDEMİNFO.AZ-a Bərdə şəhərində yerləşən kolxoz bazarı ilə bağlı şikayət daxil olub. Bərdə şəhər sakini Zahid Mikayılov saytımıza müraciət edərək bazarın qarşısında yaranmışacınacaqlı vəziyyət barədə məlumat verib. Şikayətçi deyib ki, Bərdə bazarının önündə, Üzeyir Hacıbəyov küçəsində 30 illik ağaclar kəsilərək yerində dükanlar tikilir. Bununla bağlı olaraq şikayətçi sakin rayon prokurorluğuna müracit etdiyini bildirdi. Qeyd etdi ki, prokurorluğa etdiyi şikayətlə bağlı olaraq işin araşdırılması polisə həvalə olunub. Şikayətçi iddia edir ki, Bərdə bazarının sahibi olan rayonun sabiq icra başçısı Elman Allahverdiyevin oğlu Zaur Allahverdiyevi aylardır ki, axtarsa da tapa bilmir. «Şikayətimizi bazarın sahibi olan Zaur Allahverdiyevə çatdırmaq istəyirik. Amma onu tapa bilmirik. Ümumilli liderimiz, Heydər Əliyev cənabları bir zamanlar Bərdəyə gələndə bu bazarın yaxınlığında ağacları özü əkib. Aparılan abadlıq işləri ilə tanış olmuşdu. Mənim 60 yaşım var və bunların şahidi olmuşam. İndi Bərdədə bazarı genişləndirmək üçün ağacları kəsib yerində dükanlar tikirlər. Bazarın önündəki Üzeyir Hacıbəyov küçəsində əsl rəzalət hökm sürür. İnsanlar küçənin ortasında alver edirlər. Bu küçədən istifadə edən sakinlər saatlarla tıxacda qalmalı olurlar. Antisanitariya dözülməz həddədir. Bazardın önündə alverin qurulması yaxınlıqda yerləşən hərbi hissənin də yolunun bağlanmasına səbəb olub» deyə şikayətçi bildirdi. Qeyd edək ki, Bərdə şəhərində faktiki olaraq iki bazar fəaliyyət göstərir. Söhbət Qaradağlı kəndində yerləşən bazardan deyil, Üzeyir Hacıbəyov küçəsində yerləşən bazardan gedir. Qeyd edək ki, yaxın günlərdə bazardakı vəziyyətlə bağlı olaraq geniş reportaj hazırlamağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |