Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət Tibbi Sığorta Agentliyi kimə məxsusdur?

Dövlət Tibbi Sığorta Agentliyi kimə məxsusdur?


11-11-2014, 14:07
Dövlət Tibbi Sığorta Agentliyi kimə məxsusdur?
Məlumdur ki, inkişaf eləmiş ölkələrin əksəriyyətində tibbi-sosial sığorta həyata keçirilir. Yəni vətəndaşın malı-mülkü ilə yanaşı canı-sağlamlığı da dövlət tərəfindən qorunur. Bəs bizim ölkədə vəziyyət necədir..?
Bu məsələni araşdırarkən bizə məlum oldu ki, 1999-cu ildə Milli Məclis tərəfindən bu barədə qanun qəbul olunub. 2006-2007-ci ildə isə bu qanuna əlavə və dəyişiliklər olunub. Hətta cənab prezidentin qərarı ilə 2008-ci ildə Dövlət Tibbi Sığorta Agentliyi yaradılıb və bu vaxta qədər hər il bu agentliyə dövlət büdcəsindən 50 milyon manata yaxın vəsait ayrılır.
Bir sözlə, tibbi-sosial sığortanı həyata keçirmək üçün hər cürə imkan var.
Ancaq çox təəssüf ki, son 5-6 ildə bu istiqamətdə heç bir ciddi addım atılmayıb. Təsəvvür edirsiniz hər il 50 milyon pul xərclənir, ancaq real iş yoxdur. Amma bizdən fərqli olaraq, hətta iqtisadiyyatı bizdən çox zəif olan keçmiş sovet respublikalarında bu proses çoxdan başlayıb. Bəs, biz niyə gecikirik? Səbəb nədir?
Bu suallara aydınlıq gətrimək üçün Qafqaz Xəbər Agentliyinin ( qafqaznews.az ) müxbiri Dövlət Tibbi Sığorta Agentliyi ilə əlaqə saxlayıb.
Agentliyin adını deməyən xanım əməkdaşı bildirib ki, bizim qurum özəldir. Sözün düzü, Dövlət Agentliyinin özəl olduğunu ilk dəfə eşidirdik. Bu barədə sualımıza cavab verə bilməyən xanım bizi agentliyin aparıcı mütəxəssisi ilə calaşdırdı. Agentliyin aparıcı mütəxəssisi Emin ( dəfələrlə soruşsaq da soyadını demədi) agentliyin yarı özəl, yarı dövlət qurumu olduğunu bildirdi.
Müxbirimizin “Dövlətin ayırdığı 50 milyon hara xərclənir” sualına aparıcı mütəxəssis “ Bu mənim səlahiyyətimə aid deyil” cavabını verdi.
Məsələnin cəmiyyətimiz üçün aktuallığını nəzərə alaraq araşdırmamızı davam etdirəcəyik.

Geri qayıt