Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İcra başçısı kənd yollarını sahibkarlara təmir etdirir

İcra başçısı kənd yollarını sahibkarlara təmir etdirir


17-11-2014, 14:59
İcra başçısı kənd yollarını sahibkarlara təmir etdirir
“Astarada icra başçısının tapşırığı ilə yerli icra nümayəndələri kəndlərdə yaşayan sahibkarları başına toplayıb, onlardan yaşadığı kəndlərin yollarını təmir etdirməyi tələb edirlər. Onlar yolu bizə təmir etdirib, büdcədən ayrılan vəsaiti mənimsəməyə çalışırlar”.

Bu sözlər təhlükəsizliyinə təminat olmadığı üçün adını gizli saxlayan Astara sakinlərindən biri tərəfindən Editor.az-ın redaksiyasına daxil olan şikayət məktubundə öz əksini tapıb.

Şikayətçi bildirir ki, yaşadıqları kəndlərin yolları bərbad gündədir: “Kənddə maşın sürmək əməlli-başlı hünər tələb edir. Əvvəla, burada avtmobil idarə etmək üçün gərək çox peşəkar olasan. Digər yandan nə qədər peşəkar olsan da, avtomobilin dağılır. Ayda bir neçə yaz manat maşını təmir etdirməyə xərc qoyuruq. Bir neçə dəfə məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətində olmuşuq. Hər dəfə bir bəhanə ilə bizi “yola veriblər”. Nəhayət bezdiyimizi, yuxarılara şikayət edəcəyimizi dedikdə, məsələnin ən qısa zamanda həll olunacağını dedilər. Bizdə bir əminlik yarandı ki, nəhayət bu problemdən xilas olacağıq. Yollarımız abadlaşacaq, burada həm gəzmək, həm də avtomibl idarə etmək rahat olacaq. Ancaq necə deyərlər, “Sən saydığını say, gör fələk nə sayır” misalında olduğu kimi, hər şey əksinə oldu. Günlərin birində kəndin icra nümayəndəsi bizi yanına çağırıb, yolları təmir etməyi özümüzə həvalə etdi. O, “Onsuz da hər ay maşını təmir etdirməyə nə qədər pul verirsiniz, elə bundansa yolunuzu düzəldin də” deyərək, yolu təmir etdirməyi bizim boynumuza qoydu. Açıq şəkildə dedi ki, bu onun yox, icra başçısının tapşırığıdır. Başa düşə bilmirik, büdcədən ayrılan pullar hara gedir, yolları niyə bizim pulumuza təmir etdirib, dövlətin ayırdığı pulları mənimsəməyə çalışırlar”.

Editor.az məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətindən münasibət öyrənmək istəsə də, çoxsaylı cəhdlərimizə baxmayaraq, İcra Hakimiyyətinin saytında yerləşdirilən teledonlara cavab verən olmayıb.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik…

Geri qayıt