Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bələdiyyə seçkilərilə bağlı ilk şok hesabat: 3 rayonda durum normaldır... Sabirabadda biabırçılıq!

Bələdiyyə seçkilərilə bağlı ilk şok hesabat: 3 rayonda durum normaldır... Sabirabadda biabırçılıq!


17-11-2014, 15:17
Bələdiyyə seçkilərilə bağlı ilk şok hesabat: 3 rayonda durum normaldır... Sabirabadda biabırçılıq!\
«Azərbaycanda bələdiyyə seçkilərinə artıq start verilib. Ölkənin hər yerində bələdiyyə seçkiləri ilə bağlı olaraq canlanma müşahidə edilməkdədir. Bu günə qədər minlərlə vətəndaş bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Bu ilki bələdiyyə seçkilərində əvvəlkilərlə müqayisədə qadınların və gənclərin çoxluq təşkil etməsi də təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Bu seçkilərdə yaradılmış texniki şərait də əvvəlki bələdiyyə seçkilərindən fərqlənir. Yerli icra hakimiyyətlərinin yaratdıqları şərait bələdiyyə seçkilərində iştirakda maraqlı olan vətəndaşlar üçün əlavə üstünlüklər yaradır» - bu bəyanat bələdiyyə seçkilərində müşahidə aparmaq üçün yaradılmış və üç informasiya agentliyi tərəfindən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş – Dünya İnformasiya Agentliyi (dai.az), «Tərəf» qəzeti və tərəf.info xəbər agentliyi, Gundeminfo.az Xəbər Agentliyi tərəfindən yayılıb.

Müşahidə Qrupu son bir neçə gün ərzində ölkənin bir sıra ərazilərində, Dairə Seçki Komissiyalarında olub. Müşahidə qrupunun hesabatını təqdim edir:

- Hacıqabul rayonu ərazisində yerləşən 58 saylı DSK-da 46 məntəqə var. 6 Məntəqə Kürdəmir rayonu ərazisinə düşür. Rayon ərazisində 17 bələdiyyə subyekti mövcudur. DSK sədri Məhəmməd Hacıyevin verdiyi məlumata əsasən noyabrın 12-ə olan məlumata görə, 321 namizəd artıq bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edib. Artıq imza vərəqəsi götürmüş namizədlərdən 18 nəfəri imza vərəqini geri qaytarıb. Və imza vərəqi qaytarmış şəxslərin hamısı qeydiyyata alınıb. DSK-dan Müşahidə Qrupuna verilən məlumata əsasən bələdiyyə seçkilərində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Sosial Rifah Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Böyük Quruluş Partiyası müraciət edib. DSK üçün Mərkəzi Seçki Komissiyasından 14 növdə təbliğat plakatları təqdim edilib ki, onların da zhamısı müvafiq olaraq təbliğat lövhələrinə asılıb. DSK-dan Müşahidə Qrupuna verilən məlumata əsasən artıq Məntəqə Seçki Komissiyaları üçün təzə inventar avadanlıqların gətirilməsi prossesi də həyata keçirilir. Məlumata əsasən 58 Sayli Haciqabul-Kürdəmir
Dairə Seçki Komissiyasında 4 səlahiyyətli nümayəndə qeydə alınıb.

- 46 saylı Şirvan Şəhər DSK-nın sədri Taleh Ağayev Müşvhidə Qrupuna bildirib ki, 32 məntəqə üzrə bələdiyyə seçkilərinə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. 40 min 21 nəfər seçicisi olan bu daiərinin ərazisində yerləşən bütün məntəqələr demək olar ki, seçki prossesinə hazırdır. Müşahidələr zamanı məntəqələr üzrə aparılan hazırlıq işlərinin yekunlaşdığı müəyyən edilib. DSK sədri bildirib ki, 2 bələdiyyə subyekti üzrə 62 nəfər namizəd müraciət edib. 45 namizəd imza vərəqəsini götürüb və onlardan 31 nəfəri imza vərəqlərini qaytarıb. 22 nəfər namizədin isə namizədliyi qeydə alınıb. 46 saylı DSK ərazisində məntəqələr üzrə bütün təbliğat materialları müvafiq olaraq yerləşdirilib. DSK ərazisində yerləşən məntəqələrdə seçki prossesinin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Seçkilərdə iştirak etmək üçün parityaların çeşidi də kifayət qədərdir. Şirvan şəhər 46 salı DSK-sında Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Klassik Milli İstiqlal, Demokratik İslahatlar Partiyası seçkilərdə iştirakla bağlı yüksək aktivlik göstərirlər.

- 59 saylı Salyan DSK-nın sədri Səlamət Kərimovun Müşahidə Qrupuna verdiyi məlumata əsasən faktiki olaraq dairə ərazisində 38 min 20 nəfər seçici var. Bələdiyyə seçkilərində iştirak etmək üçün 155 vətəndaş müraciət edib. Onlardan 42 nəfəri artıq imza vərəqlərini qaytarıb və qeydiyyata alınıb. DSK ərazisində müşahidələr zamanı diqqəti çəkən əsas məqam ondan ibarət idi ki, Salyanda seçkilərdə iştirak etmək istəyənlər arasında 80 faizini qadınlar təşkil edir. Namizədlərin böyük bir qismi 100 nəfərə yaxını ali təşhsilidir. Və Salyan rayonunda seçkilərdə iştirak etmək üçün müraciət edənlər arasında ilk dəfə bələdiyyə üzvü olmaq istəyənlər və gənclər çoxluq təşkil edirdər. Müvafiq olaraq DSK ərazisində aparılmış müşahidələr zamanı bəlli olub ki, bütün seçki məntəqələrində seçki prossesinə hazırlıq təşkil olunub. Xüsusilə Məntəqə Seçki Komissiyasının səsvermə nbqtəsinə olan istiqamətlərdə əhalinin rahat hərəkət etməsi üçün yerli icra hakimiyyəti tərəfindən marşrutların təşkili ilə bağlı təlimatlar verilib və hazırlıq işləri həyata keçirilir.

- 63 saylı Sabirabad Şəhər I Dairə Seçki Komissiyası ərazisində isə apardığımız müşahidələr Mərkəzi Aran rayonları üçün kifayət qədər acınacaqlı idi. Demək olar ki, rayon ərazisində seçki təbliğat materiallarına rast gəlmək mümkün deyildi. 40 min 249 seçicisi və 34 seçki məntəqəsi olan bu DSK ərazisində təsadüfi seçilmiş məntəqə seçki komissiyalarının əksəriyyətində işçilər iş saatlarında tapmaq mümkün olmadı. Sədr Məstalı Nuriyev Müşahidə Qrupunun fəaliyyətinə müvafiq olaraq şəraitin yaradılmasında maraqlı tərəf kimi görünmədi. Eyni zamanda bəlli oldu ki, 63 saylı DSK-da 2, 8, 11, 14 və 17 saylı məntəqələrdə müşqahidələr zamanı MnSK üzvləri və MnSK sədri işdə deyil. DSK ərazisində müşahidə aparılması zamanı müvafiq məlumatları əldə edə bilmədiyimizə görə, 63 saylı Sabirabad I Seçki Dairəsi ilə bağlı hesabatın tamamlanmasın çalışacağıq.

Müşahidə Qrupu növbəti hesabatını hazırlayır. Və ən qısa zamanda həmin hesabat təqdim ediləcək.

Geri qayıt