Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakıda çinli masajçını kimlər və niyə şil-küt etdilər?

Bakıda çinli masajçını kimlər və niyə şil-küt etdilər?


19-11-2014, 14:22
Bakıda çinli masajçını kimlər və niyə şil-küt etdilər?
Dahi Şliman 1865-ci ildə Yaponiyaya səfəri zamanı bu ölkənin gömrük işçilərinin vicdanlı olmasına məəttəl qalmışdı ( yapon dövlət qulluqçuları nəinki rüşvətdən, hətta xırda hədiyyədən imtina edirdilər ).
Gördüklərindən dəhşətə gələn alim bildirmişdi ki, Yaponiyanın böyük gələcəyi var.
Bizdə isə…Biz artıq bəzi yüksəkçinli azərbaycanlı məmurların rüşvətxorluğuna adi hal kimi yanaşırıq…belə məmurlar nəinki rüşvətdən imtina edir, hətta onlara sadəcə müracət edəndlərdən pul tələb edirlər. Və rüşvətxorun milliyəti olmur…
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Çin Xalq Respublikasının vətəndaşı, “Şanxay” MMC-nin sahibi Yanq Sonqyanq müraciət edib: “ Bu ilin avqust ayının 20-də öz şirkətimi yaratdım. Mənim şirkətim çin masajı xidmətini nəzərdə tutur. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə qanunlara riayət eləməyə və rüşvətdən uzaq olmağa çalışdım. Mən şəhərin mərkəzində xidmət salonu açdım və Çindən 4 masajist dəvət elədim. İşçilərimin hər birinin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması üçün Dövləq Miqrasiya Xidmətinin rəsmi razılığı var”.
Yanqa Sonyanqın qafqaznews.org-a dediklərinə görə : “ Mənim salonuma tanınmış biznesmenlər və mədəniyyət xadimləri müraciət edirdilər. Mən işin çoxluğunu nəzərə alaraq 5-ci masajist işə götürməyi qərar aldım. Və mənim şirkətim Çindən mütəxəssis dəvət elədi. Və bunun üçün lazım olan bütün qanuni sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim elədik. Əmin idik ki, tezliklə zəruri icazəni alacağıq. Ancaq tam əksi oldu. 13 noyabr 2014-cü il tarxidə saat 15:10-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gözlənilmədən və heç bir sənəd təqdim etmədən ofisimizə soxuldular.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları mənim işçimi döyüblər Onlar sadəcə adlarını bildirdilər: Elman və Fariz. Mənim işçilərim qanuni yoxlamalar üçün zəruri olan “Ədliyyə nazirliyinin reestrindən çıxarış” tələb etsələr də Xidmətin əməkdaşları çıxarış təqdim eləməkdən imtina ediblər”.
Yanq Sonyanq sonra qeyd edir ki, Xidmətin əməkdaşları ofisimizə soxulanda işə götürməyə hazırlaşdığım masajist xanım da orda olub: “ Xidmətin əməkdaşları həmin xanımı qanunsuz sorğu-suala cəlb ediblər. Ondan sonra saat 19:45-də Xidmətin əməkdaşları yenidən ofisimizə gəliblər. Bu dəfə onlar masajist Taya Senklokdan sənədlərini tələb ediblər. Belə olanda bizim işçimiz onlardan Miqrasiya Xidmətinin işçiləri olduğunu təsdiq edən sənəd tələb edib. Bu sualdan sonra Miqrasiya Xidmətinin əməkdaşları bizim işçini döyərək salonu tərk ediblər”.
Yanq Sonyanq bildirir ki, şirkətimizin işçiləri ağır zədə almış Taya Senkloku Kliniki Tibbi Mərkəzə aparıblar: “ Orada bizim işçi UZİ müayinəsindən keçib və onun döyüldüyü təsdiqlənib. Sonra biz salona qayıtdıq”.
Çinli sahibkarın sözlərinə görə, o, Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inıə müraciət edib və təcili 22-ci polis bölməsinin 2 əməkdaşı salona gəlib: “ Bölmənin təhqiqatçısı Qoşqar Kazımov Taya Senkloka baxışdan sonra ona tibbi ekspertizadan keçmək üçün göndəriş verdi”.
Bizim tələbimizdən sonra sahibkar Kliniki Tibbi Mərkəz tərəfindən verilən arayışı bizə təqdim elədi. Həmin arayışda Taya Senklolun döyülmə nəticəsində zədə aldığı, böyrəyində, qara ciyərində zədələnmələr olduğu qeyd olunub.
Biz təhqiqatçı Qoşqar Kazımovla əlaqə saxladıq. O, bildirdi ki: “ Salonun işçiləri mənə bildirdi ki, Taya Senklok Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən döyülüb. Mən onun bədənində aydın döyülmə əlamətləri olmadığı üçün onu tibbi ekspertizaya göndərdim. İndi ekspertin cavabını gözləyirəm”.
Obyektivliyi qorumaq üçün “ Şanxay”da olan Miqrasiya Xidmətinin əməkdaşları ilə də əlaqə saxladıq. Onlardan biri Elman ( familyasını deməkdən imtina elədi) bildirdi ki: “ Deyilənlər həqiqətə uyğun deyil, əksinə salonun işçiləri tərəfindən bizə təzyiq oldu”.
Qafqaznews.org- un müxbirinin “Siz şirkətə Ədliyyə nazirliyinin reestrindən çıxarış təqdim eləmisinizmi” sualına Elman cavab verməyərək dəstəyi asdı.
Sözardı: 15 noyabrda saat 13:45-də Yanq Sonyanq bizə zəng edərək bildirdi ki, hazırda Miqrasiya Xidmətinin əməkdaşları ofisimizə soxulmağa çalışırlar, ancaq biz qapıları bağlasaq da onlar qapını sındırmaq istəyirlər.
Biz hadisə yerinə getsək də orada Xidmətin əməkdaşlarını görmədik. Çinli sahibkar bizə bildirdi ki: “ Biz onlara dedik ki, Qafqaz Xəbər Agentliyinə xəbər vermişik. Bunu eşidən kimi onlar tələsik getdilər”.
Biz yenidən Xidmətin Elman adlı əməkdaşı ilə əlaqə saxlayıb sahibkarın dediklərinə münasibət bildirməsini xahiş etsək də, o heç bir münasibət bildirmədi.


Bakıda çinli masajçını kimlər və niyə şil-küt etdilər?
Bakıda çinli masajçını kimlər və niyə şil-küt etdilər?
Geri qayıt