Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bələdiyyə seçkilərilə bağlı 2-ci hesabat: Masallı seçkilərə hazır deyil

Bələdiyyə seçkilərilə bağlı 2-ci hesabat: Masallı seçkilərə hazır deyil


19-11-2014, 14:49
Bələdiyyə seçkilərilə bağlı 2-ci hesabat: Masallı seçkilərə hazır deyil
«Azərbaycanda bələdiyyə seçkilərinə artıq start verilib. Ölkənin hər yerində bələdiyyə seçkiləri ilə bağlı olaraq canlanma müşahidə edilməkdədir. Bu günə qədər minlərlə vətəndaş bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Bu ilki bələdiyyə seçkilərində əvvəlkilərlə müqayisədə qadınların və gənclərin çoxluq təşkil etməsi də təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Bu seçkilərdə yaradılmış texniki şərait də əvvəlki bələdiyyə seçkilərindən fərqlənir. Yerli icra hakimiyyətlərinin yaratdıqları şərait bələdiyyə seçkilərində iştirakda maraqlı olan vətəndaşlar üçün əlavə üstünlüklər yaradır» - bu bəyanat bələdiyyə seçkilərində müşahidə aparmaq üçün yaradılmış və üç informasiya agentliyi tərəfindən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş – Dünya İnformasiya Agentliyi (dai.az), «Tərəf» qəzeti və tərəf.info xəbər agentliyi, Gundeminfo.az Xəbər Agentliyi tərəfindən yayılıb.

Müşahidə Qrupu son bir neçə gün ərzində ölkənin bir sıra ərazilərində, Dairə Seçki Komissiyalarında olub. Müşahidə qrupunun hesabatını davamını təqdim edir:

- 66 saylı Biləsvuar seçki dairəsi üzrə 46 min 854 seçici var. 44 məntəqəsi fəaliyyət göstərir. Müşahidə Qrupunun MnSK-larda apardığı müşahidələr zamanı yaradılmış şəraitin kifayət qədər yüksək olduğu görünüb. DSK ərazisində 20 bələdiyyə subyekti üzrə namizədlərin aktivliyi müşahidə olunub. DSK sədri Əzizağa Hətəmovdan aldığımız məlumata görə, məntəqələrdə seçki şəraitinin yaxşılaşdırılması üçün bütün şərait yaradılıb. DSK sədri Müşahidə Qrupuna bildirib ki, Mərkəzi Seçki Klomissiyası tərəfindən rayon üçün ayrılmış bütün təbliğat plakatları veprilib. Hər bir məntəqə üzrə 3 stul və 1 stol verilib. Müşahidələr zamanı MnSK sədrləri bildiriblər ki, rayon icra hakimiyyəti tərəfindən ucqar ərazilərdə yerləşən məntəqələrdə əhalinin maneəsiz hərəkət etməsi üçün kifayət qədər münbit şərait yaradılıb. Məlumata əsasən məntəqə seçki komissiyalarına əhalinin gediş-gəlişini daha da yaxşılaşdırmaq üçün marşrutlar təyin edilib. Həmçinin də yollar təmir edilib. DSK sədrinin Müşahidə Qrupuna verdiyi informasiyaya əsasən faktiki olaraq YAP, ADİP, Ana Vətən Partiyasının nümayəndələri seçkilərdə iştirak etmək üçün müraciət ediblər.

- 73 Sayli Lənkəran Şəhər Dairə Seçki Komissiyasından MQ-yə verilən rəsmi məlumata əsasən 34 min 983 seçicisi olan və 4 bələdiyyə subyekti olan DSK-da 73 namizəd müraciət edib. Hələlik namizədlər arasında qeydə alınanların olub-olmadığı bəlli deyil. Məlumatlara əsasən DSK üzrə bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin böyük bir qismi, 90 faizə qədəri ali təhsilli vətəndaşlardır. Lənkəran ərazisindəki bu dairə üzrə seçkidə iştirak etmək istəyən siyasi partiyaların da çeşidi kifayət qədər genişdir. Belə ki, YAP, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Klassik Xalq Cəbhəsi Parityaları seçkilərdə iştirak etmək üçün namizədləri ilə bağlı müraciət ediblər. DSK üzrə seçkidə iştirak etmək üçün müraciət edən namizədlərin 18 nəfəri isə qadınlardır. Namizədlərin yarıya yaxını isə gənclərdir. Lənkəran Şəhər İcra Hakimiyyətindən Müşahidə Qrupuna verilən məlumata əsasən seçkilərlə bağlı mühim şərait yaradılıb. Vətəndaşların seçkilərdə iştirakı ilə bağlı bütün texniki şərait yaradılıb. Məntəqələrin seçki prossesinə tam uyğunlaşdırılması üçün bütün inventarlar hazırlanıb. Və müvafiq olaraq MnSK-ların normal fəaliyyət göstərəmsi üçün istilik sistemləri, o cümlədən də yol infrastrukturunun formalaşdırılması yüksək səviyyədə həyata keçirilib.

- 72 Sayli Yardimli-Masallı Dairə Seçki Komissiyasının sədri Qabil Canaliyevin Müşahidə Qrupuna verdiyi məlumata əsasən 82 MnSK-sı olan DSK-da ən son sitatistikaya əsasən 38 min 266 nəfər qeydiyyatdan keçib. Dairə üzrə 36 bələdiyyə subyekti üzrə 340 nəfər namizəd irəli sürülüb və onlardan 312 nəfər imza vərəqini artıq geri qaytarıb. Qabil Canəliyevin verdiyi məlumata əsasən mətnəqələr üzrə 14 növdə təbliğat plakatı seçki fəallığının artırılması məqsədilə bütün dairə ərazisində müvafiq yerlərdə yerləşdirilib. Seçkilərdə iştirak etmək üçün YAP, Vətəndaş Həmrəyliyi, Ana Vətən Parityalarının nümayəndələri müraciət ediblər. Müşahidələr zamanı Yardımlı rayonu ərazisində yerləşən Məntəqə Seçki Komissiyalarında yüksək səviyyədə seçki prossesinə hazırlıq işlərinin aparıldığı müşahidə olunub. Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən əsasən ucqar və əhalinin sayının az olduğu məntəqələrdə seçici aktivliyinin artırılması təmin edilməsi məqsədilə ən yüksək səviyyədə işlər həyata keçirilib. Məntəqələrin istilik sistemləri ilə təchizi, yolların abadlaşdırılması işləri həyata keçirilib.

- 70 Sayli Masalli Şəhər Dairə Seçki Komissiyasının sədri Mulxuzə Əliyeva ilə isə Müşahidə Qrupunun bütün səylərinə baxmayaraq görüşmək mümkün olmayıb. DSK-dan bildiriblər ki, müvafiq olaraq dairə üzrə namizədlikləri irəli sürülmüş şəxslər, o cümlədən də namizədlərlə bağlı digər informasiyalar MSK ilə «online» sistemin işləməməsi səbəbindən yayımlana bilmir. 2 gün ərzində bütün cəhtlərimizə baxmayaraq heç bir informasiya əldə etmək mümkün olmayıb. Cəlilabad rayonu ərazisində yerləşən - 71 Sayli Masallı Kənd Dairə Seçki Komissiyasının sədri Hikmət Xanməmmədov da 2 gün müddətində ümumi məlumatları Müşahidə Qrupuna təqdim edə bilməyib. Hər iki dairə üzrə aparılan müşahidələr göstərdi ki, rayon ərazisində həyata keçirilən seçkilərə hazırlıq prossesi heç də yüksək səviyyədə deyil. Rayon ərazisində yerləşən hər iki DSK ərazisindəki məntəqələr üzrə aparılan müşahidələr də göstərdi ki, müvafiq olaraq iş saatlarının olmasına baxmayaraq işçilər yerlərində olmur. Hətta 71 saylı DSK-nın 7, 8, 11, 12 saylı məntəqələri ümumiyyətlə qapalı vəziyyətdə idi. Bu MnSK-larda olarkən jurnalistlərə bildiriblər ki, orta məktəblər tətildə olduğundan (12-13 noyabr) məntəqələr işləmir.

Qeyd edək ki, Müşahidə Qrupunun Mərkəzi Seçki Komissiyasına və Dairə Seçki Komissiyalarına gönədridyi bildiriş məktublarında göstərlidiyi kimi seçki prossesinə hazırlıq, səsvermə günü və səslərin sayılması ilə bağlı monitorinqlərin aparılması növbəti mərhələlərdə də həyata keçiriləcək. Müşahidə Qruppu əlavə olaraq informasiyaları onlin qaydada iştirakçı agentliklərin e-mailləri vasitəsilə də həyata keçirəcək.

Geri qayıt